243
jisi), yeni su anbarı işə salınmaqla, iri suvarma massivi yaradılmışdır.
Son 15 il ərzində ölkədə qara metallugiyanın inkişaf etdirmək
Avropa və qonşu ölkə bazarlarına daxil olmaq məqsədilə Türkiyə
inkişaf etmiş ölkələrdə qara metallurgiyanın ekoloji təhlükəsini
məhdudlaşdırmaq meylindən istifadə edir. Polad istehsalı 1981-ci
ildə 2,4 mln. tondan, 2005-ci ildə 12,7 mln. tona çatdırılmışdır.
Bununla yarısı tam dövriyyəli 3 iri dövlət müəssisəsində Qaraböyük,
Ereqli, İskenderunda qalan yarısı əsasən İzmir rayonundakı 15 xüsusi
kiçik zavodlarda istehsal olunur.
Polad və prokat Türkiyə ixracatında əhəmiyyətinə görə toxuma
mallardan sonra ikinci məhsuldur. Başlıca metallugiya bazası Zon-
quldaq-Ereqli daş kömür hövzəsi (Qara dəniz sahilində) və Qərbi
Anadoluda boz kömür yataqları və İES-i ilə əlaqədardır. Seydişehirdə
sabiq SSRİ-nin texniki əməkdaşlığı il tikilmiş alüminium zavodu
fəaliyyət göstərir. 1989-cu ildə 200 min ton gil torpaq, 60 min ton
alüminium istehsal olunmuşdur.
Maşınqayırmada idxal olunan hissələrdən nəqliyyat vasitələri
yığma və istehsalı mühüm əhəmiyyət kəsb edir. Türkiyədə avtomobil
və traktoryığma sənayesində transmilli şirkətlər (Ford, FİAT, Reno,
Mersedes, Daymler-Bents, Britiş Motor, Kraysler və b.) fəal iştirak
edir. Transmilli şirkətlər yerli iri kapitalla əməkdaşlıq edir. Nəqliyyat
vasitələri quraşdırılması bütövlükdə yüksək səviyyədə deyil və illər
üzrə tərəddüd mövcuddur. 90-cı illərin ortalarında xarici lisenziya-
larla 75 min yük avtomobilli və dartıcı, 5-7 min avtobus, 250 min
minik avtomobili, 20 min traktor istehsal olunmuşdur. Quraşdırmanı
başa catdıran 19 müəssisə fəaliyyət göstərmişdir (İstanbul, Bursa,
Adapazarı, İzmir, İzmit, Aksaray, Mersin). Türkiyədə dəmir yol
avadanlıqları zavodu SİDEMAŞ (Sivasda), yük və sərnişin vaqonları
zavodu ADMAŞ (Adapazarda), ELMAŞ (Eskişehirdə) – lokomotiv
istehsalı fəaliyyət göstərir.
Gəmiqayırma sənayesini inkişaf etdirmək və müasirləşdirmək
üçün cəhd edilir. Bu sahəyə 10 dövlət və xüsusi bölməyə məxsus
müəssisələr xidmət edir. Ölkədə 8 iri tərsanə – Pendik, Gölçük, (su-
altı qayıq), Camialtı, Taşkizaq, İsteniye, Xalic, Xasköy və Alaybey
mövcuddur. İstanbuldan 40 km cənub-şərqdə – Tuzluda müasir
tərsanənin inşası başa çatdırıldığından gəmiqayırmanın əsas bazası
buraya köçürülmüşdür. Son illərdə Türkiyə özünün təyyarəqayırma
sənayesini yaratmışdır (Eskişehr və Kayseri). Ankara yaxınlığında
244
Myürteddə «F-16» təyyarəsi yığılır. Ölkədə vertolyotyığma zavodu
da vardır.
Dostları ilə paylaş: