Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə173/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   169   170   171   172   173   174   175   176   ...   229
İqlimi və hidroqrafiyası.  Türkiyə Aralıq dənizi subtropik 
iqlim qurşağında yerləşsə də kəskin parçalanmış dağlıq relyef, atmos-
fer dövranının mürəkkəb  şəraiti müxtəlif iqlim rayonlarının yaran-
masına səbəb olmuşdur. Ölkədə beş iqlim rayonu ayrılır: Qara dəniz 
sahili, Aralıq dəniz sahili, Daxili Anadolu, Şərqi Türkiyə, Yuxarı 
Mesopotamiya. 
Qara dəniz sahillərində yüksək rütubətlə səciyyələnən mülayim 
isti; Aralıq dənizi sahillərində isti quraq yay və mülayim yağmurlu 
qışı olan Aralıq dənizi iqlimi; Daxili Anadolu quru, kəskin kontinen-
 
234
tal; Şərqi Türkiyədə sərt iqlim şəraiti; Yuxarı Mesopotamiyada isti və 
quru iqlim hakimdir. 
Dənizlərdən daxili rayonlara doğru kontinentallıq artır.  Şərqi 
Anadoluda yayda temperatur +40 dərəcəyədək yüksəldiyi halda, 
qışda – 30 dərəcə C-dək aşağı düşür. Qara və Aralıq dəniz 
sahillərində temperatur yayda + 25-28 dərəcə C-dək, qışda +7-10 
dərəcə C olur. Orta illik yağıntıların miqdarı 700 mm-dir. Qara dəniz 
sahillərinə 2500 mm yağıntı düşür. Ölkədə  ən az yağıntı Daxili 
Anadoluya (200 – 400 mm) düşür. 
Konya düzənliyi istisna olmaqla Türkiyə  ərazisində çay 
şəbəkəsi sıxdır. Lakin bu çaylar dağ mənşəli olduğundan gəmiçiliyə 
yararlı deyil. Axının sürətli olması yüksək dağlıq sahələrdə belə 
onları donmağa qoymur. Çayların hidroenerji əhəmiyyəti böyük olsa 
da, bundan hələ kifayət qədər istifadə olunmur. Yerüstü suların bir 
hissəsi suvarmada istifadə olunur. Əksər çayları az suludur, rejimləri 
dəyişkəndir, yayladan axan çaylar yayda quruyur. Ölkənin çayları 
Qara, Egey, Mərmərə və Aralıq dənizi hövzələrinə aiddir. 
 Qara dəniz hövzəsi çayların sayına görə zəngindir. Qızıl İrmak 
(uz. – 1355 km), Sakarya (uz. – 824 km), Yaşıl İrmak (uz. – 519 km), 
Çorox (uz. – 466 km) kimi nisbətən iri , 500-dən artıq orta və kiçik 
çay bu hövzəyə aiddir. 
 Yaxın və Orta Şərqin ən iri çaylarından olan Dəclə (uz. – 1900 
km) və Fərat (uz. – 2800 km) başlanğıcını Türkiyə ərazisindən, Kürd-
istan dağlarından götürür, İraq  ərazisində birləşərək  Şətt–ül–Ərəb 
çayı adı altında  İran körfəzinə tökülür. Fərat Qarasu və Murat çay-
larının qovuşmasından əmələ gəlmişdir. Murat çayının mənbəyindən 
Suriya sərhədinədək uzunluğu 1263 km-dir. Dəclə başlanğıcını 
yüksək dağ gölü olan Gölcükdən götürür, Türkiyə ərazisində 523 km 
məsafədə axır. Kürdistan yaylasında Kür və Araz dağ çaylarının da 
mənbəyi yerləşir. Bu çaylar Xəzərə tökülür. Kür (uz.1279 km) 
Allahuəkbər dağından başlayır və Türkiyə  ərazisi ilə 150 km 
məsafədə  dərin dərə ilə axır. Araz (1509 km) Bingöl dağından ba-
şlayır, qollar qəbul edərək cənub-şərq istiqamətində Türkiyə sərhədi 
ilə axır. Arazın Türkiyə ərazisində uzunluğu 548 km-dir. 
Türkiyə  ərazisinin 9,2 min kv.km-i göllər təşkil edir. Ən 
böyüyü axarsız, yüksək dağ, həm də duzlu göl olan Vandır (3713 kv 
km). Dəniz səviyyəsindən 1646 metr yüksəkdə yerləşir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin