Nəqliyyatı, xarici ticarət və maliyyə sistemi. Ərazinin hər
yeri məskunlaşdığından nəqliyyat şəbəkəsi lazimi səviyyədə inkişaf
edə bilməmişdir. Ölkənin əsas nəqliyyat növü avtomobil
nəqliyyatıdır. Bərkörtüklü avtomobil yollarının ümumi uzunlğu 50
min km-ə qədərdir. Qrunt yollarının uzunluğu isə 100 min km-dən
artıqdır. Dəmir yollarının ümumi uzunluğu 1400 km-dir. Ən böyük
dəmir yol xətti Ər-Riyad – Dəhran – Dəmmamdır. Sonradan bu yol
Mədinə və Ciddəyədək uzadılmışdır.
Səudiyyə Ərəbistanı neft və təbii qaz çıxaran iri ölkə
olduğundan boru kəmərləri müvafiq surətdə yaxşı inkişaf etmişdir.
Boru kəmərlərinin uzunluğu 9 min km-ə yaxınlaşır. Ölkənin 5 iri
dəniz limanı və beynəlxalq səviyyəli 23 aeroportu var. Ticarət
gəmiçilik donanmasının irili-xırdalı 70 gəmisi var.
Səudiyyə Ərəbistanında müasir kommunikasiya vasitələrinin
bütün növləri mövcuddur. 7 yerüstü peyk stansiyası fəaliyyət
göstərir. Telefonlaşdırma səviyyəsinə görə Səudiyyə Ərəbistanı
inkişaf etmiş ölkələrdən geri qalmır.
Ölkədə dini turizm inkişaf etdirilir. İslamın müqəddəs yerlərinə
ziyarət qədim zamanlardan mövcud idi. Hər il Həcc ziyarəti
müddətində Məkkə və Mədinəyə xarici ölkələrdən gələn 1,5-2,0 mln.
müsəlman qədəm basır, bu da öz növbəsində ölkəyə böyük gəlir
gətirir. Xarici ticarət. Xarici iqtisadi əlaqələri ilk növbədə İslam və
Ərəb həmrəyliyinin möhkəmləndirilməsinə yönəldilmişdir. Bunu İs-
lam və Ərəb birliyi təşkilatlarının müdafiəsi naminə keçirilən çox-
saylı və olduqca bahalı aksiyalarda iştirak göstərir. Regional iqtisadi
əməkdaşlığın təşkilində əsas rolu Ərəb Dövlətlərinin Əməkdaşlıq
Şurası oynayır. Bu təşkilata Səudiyyə Ərəbistanı ilə birlikdə Küveyt,
Qətər, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn daxildir. İran
körfəzinə çıxışı olan bu ərəb dövlətləri Səudiyyə Ərəbistanı ilə sıx
əlaqələrlə bağlıdır. Xarici iqtisadi və hərbi-strateji siyasətdə isə
Məliklik ABŞ-la ittifaqa önəmli yer verir.
230
2004-cü ildə ölkədən mal ixracının həcmi 90,0 mlrd. dollara
yaxın olmuşdur. Onun strukturunda 90 faizlik payı neft və neft
məhsulları, 6 faizi kimyəvi məhsullar təşkil edir. Səudiyyə Ərəbis-
tanından ixrac edilən məhsullar əsasən Yaponiyaya (ixrac həcminin
18 faizi), ABŞ-a (16 faiz), Cənubi Koreyaya (10 faiz) və Sinqapura
(8 faiz) göndərilir. Ölkə idxalının dəyəri isə 35 mlrd. dollardan bir
qədər artıqdır. Bunun 35 faizini maşın və avadanlıq, 15 faizini
nəqliyyat vasitələri, 20 faizini ərzaq, 11 faizini kimyəvi məhsullar
təşkil edir. İdxal olunan mallar əsasən ABŞ-dan (idxal dəyərinin 21
faizi), Böyük Britaniyadan (9 faiz), Almaniyadan (8 faiz), Yaponi-
yadan (8 faiz) və qonşu ölkələrdəndir.