Microsoft Word Yaxin ve orta serq olkeleri doc


 Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə165/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   161   162   163   164   165   166   167   168   ...   229
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi 
 
2005-ci ilə olan məlumatlara  əsasən ölkədə yaşayanların sayı 
24,0 mln. nəfərə çatmışdır (o cümlədən 6,0 mln. nəfər  əcnəbi). 
Səudiyyə  Ərəbistanı doğumu artırmaq üçün ciddi-cəhd göstərən 
ölkələrdən biridir. Məsələn, ölkədə hamiləliyin qarşısını alan 
vasitələrdən istifadə etməyə qadağa qoyulmuşdur.  Əhalinin artım 
tempi yüksəkdir. Ötən  əsrin 1995-2000-ci illərində artım tempi 2,8 
faiz olmuşdur. Əvvəlki beşillikdə isə bu rəqəm 3,3 faizə bərabər idi. 
İndi isə 2,5 faizə enmişdir. Təqribən 150 min nəfər Səudiyyə  ərəbi 
xarici ölkələrdə yaşayır. Demək olar ki, ölkə  əhalisinin 85 faizi 
ərəblərdir. Onların arasında  əsl Səudiyyə  Ərəbləri, həmçinin 
Yəməndən, Ürdündən, Fələstindən və digər qonşu dövlətlərdən olan 
ərəblər seçilir. Gəlmə ərəblərin hamısı qazanc arxasınca gələnlərdir. 
Rəsmi dil – ərəb dilidir. Dövlət dini – sünnü məshəbli islam 


 
223 
dinidir. Yaşlı  əhalinin 80 faizi savadlıdır.  İbtidai təhsil məcburidir. 
Hər 15 şagirdə 1 müəllim düşür, bu isə dünyada ən yüksək 
göstəricidir. Bununla belə  təhsilin bütün səviyyələrində  əvvəllər 
olduğu kimi dini tərkib tutarlıdır. Oğlan və  qızlar üçün təlim 
ayrıcadır. Ölkədə yeddi dövlət Universiteti fəaliyyətdədir. Pedoqoji 
heyət  əsasən xaricilərdən ibarətdir. Dövlət təhsil müəssisələri ilə 
yanaşı 21 kişi və 12 qadın özəl institutu da vardır. 
Ölkədə orta ömür müddəti 73 ildir. Kişilər üçün 71, qadınlar 
üçün isə 75 ildir. Tibbi yardım ölkənin vətəndaşlarına olduğu kimi, 
əcnəbilərə  də göstərilir. Hər min nəfər  əhaliyə 3,2 xəstəxana 
çarpayısı düşür, xəstəxanalar  ən müasir tibbi avadanlıqlarla təchiz 
olunmuşlar. 
Səudiyyə  Ərəbistanının yerli sakinləri rəmzi mənada vergi 
ödəsələr də eyni zamanda çox sayda maddi yardım alırlar. Təhsil və 
tibbi xidmət pulsuzdur. Şagird dərslikləri, dəftərləri, geyim for-
malarını və yeməyi pulsuz alır. Peşə təlim məktəblərində oxuyanların 
aylıq stipendiyası 500 ABŞ dollarıdır. Xarici ölkələrdə  təhsil alan 
tələbələrin stipendiyası öz ölkəsində oxuyanlar üçün olduğundan 3 
dəfə çoxdur. Ali və orta təhsil müəssisələrinin bütün müdavimləri 
üçün işədüzəlmə qanunvericiliklə təsbit olunmuşdur. 
Məktəbəqədərki uşaq baxçaları, doğum evləri, sanatoriyalar 
dövlətin dotasiyası hesabına fəaliyyət göstərirlər. Doğum, toy və 
ölüm hallarında da müavinət verilir. Az gəlirli ailələrə yaşayış evi 
pulsuz verilir. 
Ölkə  əhalisi  ərazi üzrə çox qeyri-bərabər yayılmışdır. Orta 
sıxlıq hər kv. km-ə 10 nəfərdən bir qədər artıqdır. Qırmızı dəniz və 
İran körfəzi sahilləri, həmçinin paytaxt bölgəsində əhali sıxdır. Ölkə 
ərazisini təqribən 60 faizi oturaq əhalidən məhrumdur. Belə bölgələrdə 
isə hətta köçərilərin belə ayağı dəymədiyi sahələr vardır. 
İşlə  məşğul olan əhalinin 90 faizi dövlət sektorunda çalışır, 
əhalinin sürətli artımı  şəraitində  iş yerləri ilə  təminat zəruri 
olduğundan əcnəbi işçi qüvvəsinin öz sakinləri ilə əvəzlənməsi proq-
ramı həyata keçirilir.  
Səudiyyə  Ərəbistanı  şəhər  əhalisinin sayı sürətlə artan 
ölkələrdən biridir. Oturaq həyata keçməyə başlamış  bədəvilər və 
digər peşə sahibləri daha əlverişli iş axtarmaq məqsədi ilə  şəhərlərə 
miqrasiya edir. Hazırda  əhalinin 80 faizə yaxını  şəhərlərdə yaşayır. 
Ölkənin  ən mühüm şəhərləri  Ər-Riyad, Ciddə, Məkkə, Mədinə,  Ət-
 
224
Taif, Dəhran, Dəmman, Xüfuf, Bureydə və başqalarıdır. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin