Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə150/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   146   147   148   149   150   151   152   153   ...   229
Dövlət quruluşu. Suriya seçilmə  məhdudiyyəti olmayan 
prezident idarəetmə üsuluna malik respublikadır. Konstitusiyaya görə 
dövlətin başçısının səlahiyyət müddəti 7 ildir. Namizədliyi  Ərəb 
Sosialist  İntibah Partiyasının səmanəti ilə parlament tərəfindən irəli 
sürülür və ümumxalq referdumunun təsdiqinə təqdim olunur. 1971-ci 
ildən 2000-ci ilə qədər bu vəzifəni Hafiz Əsəd yerinə yetirirdi. Onun 
vəfatından sonra bu vəzifəyə  oğlu Bəşşar  Əl-Əsəd seçilmişdir 
(17.VII.2000). Suriya prezidentinin hüquqları böyükdür. O, silahlı 
qüvvələrin Baş Komandanı  və Müdafiə  Şurasının sədri vəzifələrini 
yerinə yetirir. Nazirlər Şurası bütövlükdə və ayrı-ayrılıqda prezident 
 
200
və parlament qarşısında məsuldur. 
Qanunvericilik hakimiyyəti Xalq Şurası adlanan birpalatalı 
parlamentə  məxsusdur. Deputatların səlahiyyət müddəti 4 ildir. 
Qanunvericilik sistemi İslam hüququna və mülki hüquqa söykənir. 
Ölkədə xüsusi İslam Məhkəmələri fəaliyyət göstərir.  İcraedici 
hakimiyyət prezident və Nazirlər  Şurası  tərəfindən icra edilir. 
Nazirlən Şurası icraedici hakimiyyətin ali orqanıdır. İnzibati cəhətdən 
ölkə 14 mühəfəzə (əyalətə) bölünür. Paytaxt Dəməşq ayrıca inzibati 
vahid kimi idarə olunur. Mühafizələrin və onların inzibati 
mərkəzlərinin adları eynidir. 
Suriya BMT-nin, Ərəb Ölkələri Cəmiyyətinin, İslam Konfransı 
Təşkilatının, başqa beynəlxalq və regional təşkilatların üzvüdür. 
Suriyada bir neçə siyasi partiya, həmkarlar, gənclər, qadın təşkilatları 
fəaliyyət göstərir. Ölkənin daxili və xarici siyasəti  Ərəb Sosialist 
Dirçəliş partiyası (BƏS) tərəfindən tənzim olunur. Partiyanın baş 
katibi Bəşşar Əsəddir. 
BƏS-dən başqa Suriyada digər partiyalar da fəaliyyət göstərir. 
Bu partiyaların hamısı Mütərəqqi Milli Cəbhə adlanan təşkilatın 
tərkibindədir. Ölkə parlamentindəki 250 deputat yerinin 16-sı Milli 
Cəbhənin tərəfdarlarının, bunun 135-i təkcə  Ərəb Sosialit İntibah 
Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin