Microsoft Word Yaxin ve orta serq olkeleri doc


 Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə152/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   148   149   150   151   152   153   154   155   ...   229
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi 
 
Suriyada yaşayanlar barədə  məlumat eramızdan öncə VI 
minilliyə aid edilir. Laziqiyyə  şəhərinin 15 km-də Uqarit adlanan 
qədim şəhərin xarabalıqları aşkar edilmişdir. Qədim suriyalıların əsas 
məşğuliyyəti  əkinçilik və maldarlıq olub. Ölkənin  şimalında qədim 
karvan yollarının kəsişdiyi  ərazilərdə yaşayanlar isə  sənətkarlıq və 
ticarətlə  məşğul olmuşlar. Onlar Ön Asiyada mövcud olan tayfa və 
qəbilələrin dillərində danışırdılar. Bu dillərin  əksəriyyəti semit 
qrupuna aid idi. Eramızın VII yüzilliyindən etibarən Suriyada ərəb 
dili, İslam dini və mədəniyyəti güclü kök salıb inkişaf edə bilmişdir. 
2005-ci ilə olan məlumatlara  əsasən Suriyada 20 mln nəfərə 
yaxın adam yaşayır. Təqribən 2 mln. suriyalı xaricdə işləyir. Müasir 
Suriya təbii artımı böyük olan ölkələrdən biridir. 1990-2005-ci illərdə 
orta illik artım 3 faizə yaxın olmuşdur. Orta ömür müddəti 69 ildir 
(kişilər üçün 68, qadınlar üçün 70 yaş). Etnik tərkibinə görə əhalinin 
90 faizi suriyalı  ərəblərdir. Azlıqda qalan xalqlar içərisində kürdlər 
üstünlük təşkil edir. Ölkədə ermənilər də  məskən salmışlar. Kürdlər 
ölkənin şimalının dağlıq rayonlarında Hələb və Həsəkə vilayətlərində 
yaşayır. Son illərdə  şəhərlərə köçüb gələn kürdlərin sayı artmır. 
 
202
Kürdlər indiyədək öz qəbilə-tayfa quruluşlarını qoruyub saxlaya 
bilmişlər. 
Dövlət dili – ərəb dilidir. Dövlət dini sünni məzhəbli  İslam 
dinidir. Dindarların təqribən 80 faizə yaxını bu dinə etiqad 
bəsləyirlər.  Əhalinin bir qismi ələvilər və druzlardır.  Əhalinin 
təqribən 10 faizii xristian məzhəblidir. Ölkənin yaşlı  əhalisinin 
təqribən 75 faizi savadlıdır.  Ən böyük ali təhsil ocaqları  Dəməşq, 
Hələb, Hims və Laziqiyyə şəhərində yerləşmiş universitetlərdir. 
Suriya  əhalisi  ərazi üzrə qeyri-bərabər yerləşmişdir. Orta 
hesabla hər kv. km-ə 110 nəfərə yaxın adam düşür. Əhalinin böyük 
bir qismi ölkənin qərbindəki əyalətlərdə və Aralıq dənizinin sahilində 
yaşayır. Burada sıxlıq hər kv. km-ə 700 nəfərdən çoxdur. Suriya 
səhrasında daimi yaşayış  məskənləri ancaq Fərat çayı  dərəsində  və 
yeraltı sular üzə çıxan vahələrdədir. 
Suriyada daxili və xarici miqrasiya mövcuddur. Daxili miq-
rasiyalar  əsas etibarilə  kənd yerlərindən  şəhərlərə  və  əksinə,  əhalisi 
sıx olan əyalətlərdən  əhalisi seyrək olan əyalətlərədir. Suriyalıların 
bir qismi əsas etibarilə iş axtarmaq məqsədi ilə Avropa və Amerika 
ölkələrinə müharicət etmişlər. 
Suriya  Ərəb Respublikasında yaşayanların təqribən 60 faizini 
şəhərlilər, qalanlarını isə  kənd yerlərində yaşayanlar təşkil edir. 
Ölkədə  əhalisinin sayı 300 min nəfərdən artıq olan altı  şəhər 
(Dəməşq, Hələb, Hims, Həmat, Deyr-əz-Zur və Laziqiyyə) var. On 
üç  şəhərin  əhalisi 50 min, 45 şəhərin  əhalisi isə 10 min nəfərdən 
çoxdur.  Şəhərlərdə yaşayanların 80 faizi mühəfəzə  (əyalət) 
mərkəzinin əhalisidir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin