Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə167/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   163   164   165   166   167   168   169   170   ...   229
4. İqtisadiyyatı 
 


 
225 
Səudiyyə  Ərəbistanı  İslam dünyası ölkələri içərisində iqtisadi 
inkişaf xüsusiyyətlərinə görə seçilən dövlətlərdən biridir. İslam 
dünyasının  əksər ölkəri kimi Səudiyyə  Ərəbistanı  Məlikliyi də 
təzadlı, İslam fundamentalizmi ilə ultramüasirliyin birgə addımladığı 
bir yerdir. Dünyanın  ən kamil mütəxəssislərinin inşa etdikləri geniş 
və çox rahat avtomobil yolları, uca və yaraşıqlı ofis və 
mehmanxanalar,  ən mükəmməl kompyüter sistemi, fasadı keramika 
ilə  bəzədilmiş universitet binaları, heyrətamiz gözəlliya malik 
məscidlər, milyon tonlarla çıxarılan qara qızıl, dənizdə ən mükəmməl 
texnika ilə  təchiz olunmuş neft körpüləri, səbrlə öz növbəsini 
gözləyən supertankerlər… Bütün bunlarla yanaşı hər gün müəzzinin 
maqnitofon lentinə yazılmış beş rükət namaza çağıran məlahətli səsi, 
qara çadralara və baş örtüklərinə bürünmüş qadınlar,  şəhər 
meydanlarında minlərlə adamın gözləri önündə yerinə yetirilən 
qətllər, bütün bunlar ölkədə baş verən hadisələrdir, onun bu 
günündür, çox güman ki, həm də sabahıdır. 
Əlbəttə güclü iqtisadi dirçəlişə nail olmaq Səudiyyə Ərəbistanı 
üçün heç də asan olmamışdır.  Əsrimizin  əvvəllərində bu ərazi türk 
imperiyasının  ən geridə qalmış  əyalətlərindən biri idi. Avropada və 
Amerikada  Ərəbistan dəvələrdən, xurma agaclarından, başdan-başa 
qara örtüyə bürünmüş gözəl qadınlardan, sirli Məkkədən və min bir 
gecə nağıllarından ibarət bir ölkə kimi tanınırdı. Bu ölkədə 
dəyişikliklər  İkinci Dünya müharibəsindən sonra başlandı  və  Qərb 
ölkələrinin yardımı ilə  Səudiyyə  Ərəbistanı 20-30 il ərzində geri 
qalmış aqrar-heyvandarlıq ölkəsindən, orta səviyyədə inkişaf etmiş 
sənaye-aqrar ölkəyə çevrildi, başqa sözlə desək, feodalizm 
dövründən bir-başa kapitalizmə sıçradı. 
Səudiyyə  Ərəbistanının ümumdaxili məhsulunun (ÜDM) 
həcmi 2004-cü ildə 200 mlrd. dollara bərabər olmuşdur. 
İqtisadi artım tempi 1990-2000-ci illərdə heç də yüksək 
olmamışdı. Orta hesabla hər il 2,1 faizi, yəni  əhalinin artım 
tempindən aşağı olmuşdur. Lakin bu rəqəm 2000-2005-ci illərdə 4-
4,5 faizə  qədər yüksəlmişdir. Neftin satış qiymətlərindəki kəskin 
dəyişiklər və vergi daxilolmalarının olmaması ilə  əlaqədar hökumət 
yeni gerçəkliyə uyğunlaşa bilməmiş, bu səbəbdən də ötən  əsrin son 
onilliyində dövlət xərclərinin səviyyəsi gəlirləri üstələmişdi.  İranla 
müharibə aparan İraqın müdafiəsinə  xəzinədən 26 mlrd. dollar 
xərclənmişdir. 
 
226
İran körfəzində ABŞ-la birgə  İraqa qarşı müharibə  əməliy-
yatlarında iştirak Səudiyyə  Ərəbistanına 55 mlrd. dollara başa 
gəlmişdir. Bura o xərclər də əlavə edilmişdir ki, İslam həyat tərzinin 
nümunəvi olmasını nümayiş etdirilməsi məqsədi ilə çox baha başa 
gələn və təkəbbürlü layihələrin icrasında həyata keçirilmişdir. 
 Milli özəl sektora dövlət öz köməyini əsirgəmir. O da nəzərə 
alınmalıdır ki, son vaxtlaradək milli sahibkarlığın olmaması üzündən 
iqtisadiyyatın bütün ağırlığı dövlətin çiyinlərinə düşürdü. Dövlət 
sektoru indi də sənaye və nəqliyyatda əsas mülkiyyətçidir. XXI əsrin 
əvvəllərində Ümumi Daxili Məhsulun 65 faizi dövlət sektorunun 
payına düşürdü. Lakin son 5 ildə bu pay getdikcə azalmaqdadır. 
Nəhəng dövlət  şirkətlərinin özəlləşdirilməsi planı hazırlanır 
(«Arabian Eyrlaynz» və öz kapitalının həcminə görə dünyanın ən iri 
300  şirkəti arasında olan SABİK sənaye qrupu). Hökumət  əcnəbi 
investorları  cəlb etməklə kifayətlənmir. Bu tədbirdə ölkənin xarici 
banklarda olan 450 mlrd. dollar vəsaitinin də iştirakı nəzərdə tutulur. 
 İqtisadiyyatının sahə strukturuna gəldikdə ümumdaxili 
məhsulun 51 faizi sənaye və tikintinin, 44 faizi xidmət sahələrinin və 
cəmi 5 faizi kənd təsərrüfatının və balıqçılığın payına düşür. 
 Sənayenin aparıcı sahələri. Hasilat sənayesi ölkənin  ən 
inkişaf etmiş sahələrindən biridir. Məliklik neftlə  zəngindir. Neft 
ehtiyatları bol olmaqla (təqribən 36,0 mlrd. ton – dünya neft 
ehtiyatının 25 faizi) yanaşı onun keyfiyyəti də yüksəkdir. İllik hasilat 
200 mln. tondur. İri neft yataqları Havar və Abkaykdır. Tərkibcə çox 
yüngül olan neft Barri və  Şüayba yataqlarından hasil edilir. 
Yataqların istismarı  şəraiti ideala yaxındır: yəni dərinlik o qədər də 
çox deyil, daxili təzyiq və quyuların məhsuldarlığı yüksəkdir. 
Məsələn, ABŞ-da olduğundan 400 dəfə çoxdur. 
 Neft sektoru həm ÜDM-un, həm də ixracatın 62 faizini təşkil 
edir. Bu sərvət eyni zamanda milli gəlirin təqribən 75 faizini yaradır. 
 Öz  əhəmiyyətinə görə ölkədə ikinci dərəcəli sərvət təbii 
qazdır. Artıq 5 yataqda kəşfiyyat işləri tamamlanmış, qaz ehtiyatının 
6,4 trln m
3
 (dünya qaz ehtiyatlarının təqribən 6 faizi) olması məlum 
olmuşdur.  İllik təbii qaz hasilatı 40 mlrd. m
3
  həddindədir. Artıq 
ölkənin enerji istehlakı strukturunda qazın payı 40 faizi ötmüşdür. Ən 
iri istehlakçı sutkada ümumi istehlak gücü 122 mln. m

olan 5 ədəd 
qaz emalı zavodlarıdır. Qaz emalında ayrılan kükürd ixracata və yerli 
rezin istehsalı  sənayesinə yönəldilir. Neft və qazdan savayı, kömür, 


 
227 
sink, boksit, mis, qızıl, gümüş, fosfat, uran, daş, duz və bariy kimi 
maddələrlə  zəngin sənaye  əhəmiyyətli yataqlar aşkar edilmişdir. 
Ölkədə illik qızıl hasilatı 3 tona çatdırılmışdır.  
 Tikinti sənayesi zəngin yerli xammal bazasına (gips, mərmər, 
gil,  əhəng və tikinti daşı  və s.) arxalanır. Dağlıq  ərazidə  sənayedə 
geniş istifadə olunan kitrənin
*
 istehsal olunduğu bitki yetişdirilir. 
 Energetikanın  əsasını istilik elektrik stansiyaları  təşkil edir. 
Hazırki vaxtda neftlə bağlı olmayan sənaye sektorunun ÜDM-da payı 
38 faizə çatmışdır. Sənaye müəssisələri  əsasən sahil bölgələrində 
yerləşdirilmişdir. Səudiyyə 
Ərəbistanında olan sənaye 
müəssisələrinin sayı 3 mini keçmişdir. Bu müəssisələrdə 10 min 
addan çox məhsul istehsal olunur. 
 Ölkənin sənayeləşdirilməsində əsas cəhətlər bunlardır: 

 
İşlərin yüksək sürət və keyfiyyətli icrası; 

 
Texnoloji səviyyənin yüksək olması; 

 
Planlaşdırılan layihələrin miqyasının nəhəngliyi. 
Müəssisələr vahid uzunmüddətli plan üzrə bütöv sənaye kom-
pleksi şəklində, sosial və istehsal infrastruktur əvvəlcədən hazırlanır, 
Səudiyyə  Ərəbistanındakı bütün sənaye sahələri ARAMKO şirkəti 
çərçivəsində formalaşır. Bu məhşur şirkət dünya neftinin 10 faizdən 
çoxunu istehsal edir. 1976-cı ildə  sənayenin  əsas sahələri bazasında 
Səudiyyə dövlətinə  məxsus SABİK  şirkəti yaradılmışdır. Onun 
müəssisələrində polad, plastik kütlə, gübrə, məişət təyinatlı müxtəlif 
məmulatlar istehsal olunur. SABİK 15 müəssisəni özündə birləşdirir. 
Ciddə, Dəmmam və Cubaylda 3 metallurgiya müəssisəsi 
fəaliyyət göstərir. Ümumi istehsal gücünə görə bu müəssisələr 2 mln. 
ton polad, 1 mln. ton polad armatur və böyük diametrli borular 
istehsal edə bilir. Avstraliyadan gətirilən gil torpaqdan alüminium 
istehsal edən müəssisə var. 
Ölkədə  yığma müəssisələri  əsasən elektrotexniki məişət 
cihazlarının istehsalı ilə  məşğuldur. Belə müəssisələr böyük 
şəhərlərdə  cəmləşmişlər. Səudiyyə  Ərəbistanında hətta «Mersedes» 
yük maşınları da yığılır. Belə istehsal sahələri üçün bütün zəruri 
                                      
*
  Kitrə – müxtəlif akasiya növlərinin çəltilmiş növlərindən sızan və 
havada qaladıqda bərkiyən  şəffaf kütlə. Onu suda həll etdikdə keyfiyyətli 
yapışdırıcı məhlul alınır. 
 
228
maşın və avadanlıqlar idxal olunur. 
Səudiyyə  Ərəbistanı dünyada ən qabaqcıl  şirinləşdirilmiş su 
istehsalçısıdır. Quraq ölkəni iqtisadiyyatı üçün bu xüsusi əhəmiyyət 
kəsb edir. İstifadə edilən suşirinləşdirici qurğular ölkənin içməli suya 
olan ehtiyacının 70 faizini ödəyir. Mövcud su kəmərlərinin ümumi 
uzunluğu 30 min km-dən çoxdur. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin