1. Coğrafi mövqeyi və təbiəti Coğrafi mövqe. Ərəbistan yarımadasının cənub və cənub-
qərbində yerləşmiş Yəmən Rıespublikası şimaldan və şimal-şərqdən
Səudiyyə Ərəbistanı, şərqdən Oman dövlətləri ilə həmsərhəddir.
Səudiyyə Ərəbistanı ilə sərhədlərinin xeyli hissəsi demarkasiya (yəni
sərhəd nişanları qoylmamış) olunmamışdır. Yəmən coğrafi və hərbi
strateji mövqeyi əlverişli olan ölkələrdən biridir. Qərbdən 500 km
məsafədə Qırmızı dənizə,cənubdan və cənub-şərqdən 1200 km
məsafədə Ərəbistan dənizi və Oman körfəzinə çıxışı var.Dənizlərdə
yerləşmiş və ona məxsus adalarla birlikdə sahəsi 532 min kv.km-
dir.Bu göstəriciyə görə dünyanın 48-ci ölkəsidir.
Yəmən sözünün meydana gəlməsinin müxtəlif yozumu var.
Qədim mənbələrə görə bu söz Ərəbistan yarımadasının cənubunda
yaşamış sami tayfalarından olan qəbilə başçıları Yəmən ibn Kəhtan
və ya Yəmən ibn Heydərin adı ilə bağlıdır. Başqa mənbələrə görə bu
ad ölkənin Məkkədəki müqəddəs Kəbəyə münasib coğrafi mövqeyi
ilə izah olunur. Belə ki, «yaminan» - sağ tərəf deməkdir. Bir sıra
tədqiqatçılar ölkənin adını «yumn» - xoşbəxtlik sözü ilə
əlaqələndirirlər. Yeri gəlmişkən xatırladaq ki, qədim
coğrafiyaşunaslar və tarixçilər Yəməni «Arabia Feliks»(Xoşbəxt
Ərəbistan) adlandırmışlar.