İqlimi və hidroqrafiyası. Yəmən tropik iqlim qurşağında
262
yerləşir. Ölkə iqlimi üçün səciyyəvi xüsusiyyət ondan ibarətdir ki,
ərazidə iki – lap isti və nisbətən mülayim mövsüm ayrılır. İsti
mövsüm aprelin ikinci yarısından başlanır və oktyabra qədər davam
edir. Onun ilk 40-50 günü xüsusilə dözülməz olur. Yerlilər bunu «Əl-
Ərvaniyə» adlandırır. Bu mövsümdə Tihamədə sutkalıq orta
temperatur + 30 C dərəcədən artıq olur. Qızmar yay günlərində
kölgədə temperaturun +40 C dərəcədən yuxarı qalxdığı hallara tez-
tez təsadüf edilir.
Okyabrın ikinci yarısından aprelin ortalarına qədər davam edən
mülayim mövsümdə havanın temperaturu aşağı düşür və isti küləklər
zəifləyir.Yəmən ərazisində rütubətin və yağıntıların paylanmasında
kəskin fərqlər var. Tihamədə rütubətlilik 80-90, Ədən körfəzi sahilində
65-70 faizdir. Şərqə və şimala doğru getdikcə rütubətlilik 50 faizə qədər
azalır. Tihaməyə il ərzində 100 mm-ə qədər yağış yağır. Lakin elə illər
də olur ki, ora heç yağış düşmür. Dağətəyi ərazilərdə və dağlarda
yağıntıların miqdarı çoxalır (2000 mm-dək).
Yəməndə daimi axara malik olan çay yoxdur. Səth suları leysan
yağışlarından sonra yaranır. Musson yağışları dövründə dərələrdə və
dağətəyi vadilərdə daşlı-çınqıllı sellər əmələ gəlir. Buna görə ölkənin
səthi vadi və quru çay dərələri ilə örtülüdür. Bunların bəziləri
yağmurlu dövrlərdə öz sularını dərələrə qədər axıdır. Yəmənin su
ehtiyatı qrunt sularıdır. Bu sular əsasən artezian quyuları vasitəsi ilə
səthə çıxarılır. Məişətdə yağış sularını toplayan sututarlardan da
istifadə olunur. Şarkidə, Vadi-Ədna məcrasında məşhur Mərib bəndi
tikilmişdir. Ölkədə su probleminin həlli məqsədilə görülən tədbirlərə
baxmayaraq məskunlaşmış bir çox yerlərdə, xüsusilə ölkənin şimal-
şərqində «su qıtlığı» açıq-aydın hiss olunur.