Dövlət quruluşu. Dövlət quruluşuna görə Yəmən respublikadır.
Dövlətin başcısı yeni Konstitusiyaya əsasən ümumi səsvermə yolu ilə
iki dəfədən çox olmamaq şərtilə 7 il müddətinə seçilən prezidentdir. O,
eyni zamanda ölkədəki silahlı qüvvələrin ali baş komandanıdır.
Qanunverici hakimiyyət ikipalatalı parlamentə məxsusdur. Yuxarı
palata Məşvərət Şurası (111 yer) prezident tərəfindən təyin edilir.
Nümayəndələr palatasının deputatları (301 yer) 7 il müddətinə
seçilirlər. Deputatlar hökumətin tərkibini təsdiq etmək, müvafiq
qərarlar qəbul etmək hüquqlarına malikdirlər. İcraedicilik hakimiyyəti
prezidentə
və Baş nazirin rəhbərlik etdiyi hökumətə
məxsusdur.İnzibati cəhətcə ölkə 17 əyalətə bölünür.
Yəməndə bir neçə siyasi partiya fəaliyyət göstərir. Əsas par-
tiyalar: Ümumxalq Konqresi, İslahat İslam Qrupu, İslah, Yəmən
Sosialist Partiyasıdır. Adı çəkilən ilk iki partiya hakimiyyətdə
olanlar, sosialistlər isə onlara müxalifətdə duranlardır. Səudiyyə
Ərəbistanının rəsmi dairələri tərəfindən dəstəklənən İslah Partiyası-
nın ölkənin siyasi həyatındakı mövqeyi ildən-ilə genişlənir. Müxtəlif
istiqamətli bloklardan yaradılmış bu partiyada aparıcı rol «Müsəlman
qardaşları» təşkilatına məxsusdur.
Yəmən BMT-nin, Ərəb Ölkələri Cəmiyyətinin, İslam Konfransı
Təşkilatının, başqa beynəlxalq və regional təşkilatların üzvüdür.