Microsoft Word Yaxin ve orta serq olkeleri doc


 Əhalisi və şəhərləriı. Paytaxtın qısa səciyyəsi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə205/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   201   202   203   204   205   206   207   208   ...   229
3. Əhalisi və şəhərləriı. Paytaxtın qısa səciyyəsi 
 
2005-ci ilin əvvəlləri üçün Yəməndə yaşayanların sayı 20,0 
mln. nəfəri ötmüşdür. Bu göstəriciyə görə dünyanın 58-ci ölkəsidir. 
Yəmən təbii artımı böyük olan ölkələrdən biridir. Onun əhalisinin 
ümumi sayı hər il 2,5-2,6 faiz artır. Əhalinin 90 faizini ərəblər təşkil 
edir. Bundan başqa ölkədə Hindistan və Pakistandan gəlmələr somali, 
yəhudi, həbəş və b. xalqların nümayəndələri yaşayır. Mütəxəssislərin 
fikrincə təqribən 2,0 mln. yəmənli ölkə sərhədindən kənarda yaşayır. 
Yerli  ərəblər qədim zamanlardan Cənubi  Ərəbistanda yaşamış  ərəb 
tayfalarının nəsilləridir. 
Yəmənlilər antropoloji xüsusiyyətlərinə görə Aralıq dənizi 
tipinə aid edilsələr də, onların sifət cizgilərində  Şərqi Afrika və 
Cənubi Asiya irqlərinin izlərinə təsadüf etmək olar. Tihamə ərəbləri 
uzun müddət Şərqi Afrikanın müxtəlif ölkələrindən gələn tünd rəngli 
adamlarla qarışdığından onlarda zənci və efiop irqinə  mənsub 
əlamətlər nəzərə çarpır. 
Ölkə üzrə əhali çox qeyri-bərabər yerləşib. Əhalinin sıxlığı hər 
kv.km.-də 37 nəfərdən bir qədər artıqdır. 20,0 mln. nəfərin 65 faizi 
Cəbəl dağlıq bölgəsində  cəmlənmişdir.Burada orta sıxlıq 200 nəfərə 
çatır. Ölkənin  şərq hissəsində isə orta sıxlıq 3 nəfərə  qədər enir. 
Yəməndə köçəri və yarımköçəri həyat tərzi keçirən əhalinin sayı ildən-
ilə azalır.Hazırda onların sayı 100 min nəfərdən artıq deyil. 
Yəmən Respublikasının rəsmi dövlət dili ərəb dilidir.Əhali 
ərəb dilinin Yəmən dialektində danışır.Əhali qrupları arasında 
Yəmən dialektinin müxtəlif danışıq tərzi yayılmışdır. Cənubi Yəmən 
dialekti üstünlük təşkil edir. Böyük şəhərlərdə ingilis dili də işlədilir. 
İslam dövlət dini səviyyəsindədir. İslam dini VII yüzilliyin ortalarına 
yaxın qəbul edilmişdir. Ölkə müsəlmanlarının yarıdan çoxu sünni, 
qalanları  şiədir.  Şiələr Zeydi təriqətinin tərəfdarlarıdırlar. Ölkənin 
şimali qərbində və dağlıq bölgələrində yaşayanların əksəriyyəti Zeydi 


 
267 
təriqətli şiələr, qalan yerlərdə yaşayanlar isə sünni müsəlmanlardır. 
Ölkə  əhalisinin 2/3 hissəsi kənd yerlərində yaşayır. Daxili miq-
rasiya kəndlərdən  şəhərlərə, həmçinin dağlıq rayonlardan intensiv 
əkinçiliyin inkişaf etdiyi Tihamə, Hədramaut bölgələrinədir. Uzun tarixi 
dövr  ərzində  Yəmənin dünyanın başqa ölkələri ilə iqtisadi, mədəni 
əlaqələrinin zəif olması,  şəhərlərin özünəməxsus orta əsr görkəminin 
saxlanılmasına səbəb olmuşdur. Yalnız ölkənin paytaxtı Sənanın,Taizin 
və dəniz sahillərində yerləşmiş bəzi şəhərlərinin görkəmində türk milli 
memarlıq üslubunun əlamətləri aydın seçilir. Yəmənin böyük şəhərlərinə 
Səna,  Ədən, Taiz, Hodeyda aid edilir. Səna ölkənin siyasi, Ədən isə 
iqtisadi mərkəzidir. 
Bütün göstəricilərə görə  Səna ölkənin  ən böyük şəhəridir. 
Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış  Səna dəniz səviyyəsindən 
2150 metr hündürlükdə, qərbdən və  şərqdən dağlarla  əhatə olunan 
geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna 
ölkənin  əsas siyasi-inzibati, mədəni-maarif və  sənaye mərkəzidir. 
Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri,  əsas 
sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal 
emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. 
Səna müasir tələblərə cavab verən  şosse yolları vasitəsilə Taiz, 
Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında 
beynəlxalq dərəcəli təyyarə meydanı var. Paytaxtda milli ənənələrə, 
incəsənətə çox böyük qayğı ilə yanaşırlar. Sənanın ən milli koloritli 
yeri-köhnə  şəhərdir. Köhnə  şəhər YUNESKO-nun qərarına  əsasən 
memarlıq abidəsi kimi qorunur. 
 Əhəmiyyətinə görə ölkənin ikinci şəhəri  əvvəllər Cənubi 
Yəmənin paytaxtı olmuş  Ədəndir.  Əhalisinin sayı 500 min nəfəri 
ötmüş  şəhərin çox əlverişli mövqeyi var. Süveyş kanalı istifadəyə 
verildikdən sonra (1869-cu il) Ədənin bir port kimi əhəmiyyəti çox 
artmışdır. Ədəndə ən inkişaf etmiş məhəllə Krater adlanır. İri dövlət 
müəssisələri, banklar, sığorta idarələri bu məhəllədədir. Ədən ölkədə 
həm də ikinci böyük mədəni-maarif mərkəzidir.  Şəhərdə  bələdiyyə 
kitabxanası, arxeoloji muzey, radioteleviziya mərkəzi, idxal olunan 
nefti emal edən iri müəssisə, gəmi təmiri zavodu, yüngül və yeyinti 
sənaye müəssisələri fəaliyyət göstərir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin