269
Yəmənlilər tərkibində narkotik maddə olan bu bitkinin yarpağını
çeynəməyi xoşlayırlar. Daxili bazarda kat yarpağı yüksək qiymət-
ləndirilir.
Texniki bitkilərdən pambıq və tütün əkinləri üstünlük təşkil
edir. Burada uzun lifli Sudan pambığı (Lambert növü) becərilir.
Tütün əsasən Hədramautda yetişdirilir. Bostançılıq
və tərəvəzçilik
yəmənlilərin qədim peşələrindən sayılır.
Heyvandarlıq kənd təsərrüfatının ən zəif inkişaf etmiş sahəsidir.
Təbii yem bazasının çox məhdud olması bu sahənin inkişafını ləngidir.
Ərəb ölkələrinin əksəriyyətindən fərqli olaraq Yəməndə qaramalın
zebu cinsinin saxlanması xüsusi əhəmiyyət kəsb edir. Dəvə saxlanıl-
masının da əhəmiyyəti böyükdür. Yəmənin Qırmızı dəniz, Ədən
körfəzi sahilləri balıq və digər dəniz sərvətləri ilə zəngindir. Balıqçılıq
donanması müasir texniki avadanlıqla təchiz olunub. Ovlanan balığın
xeyli hissəsi qurudulduqdan sonra ixrac olunur. Ölkə özünü ərzaq
məhsulları ilə yalnız 50 faiz təmin edə bilir.
Sənayenin aparıcı sahələri. Yəmən sənayesi rüşeym halın-
dadır. Son illərdə xarici kredit və xüsusi kapital qoyuluşu hesabına
bəzi sahələrin inkişafı üçün imkanlar yaranmışdır.
Neft hasilatı və ilkin emal müəssisələri hasilat sənayesində
üstün yer tutur (ehtiyatı 550 mln. ton, illik hasilat təqribən 20 mln.
tondur). Ölkədə həmçinin xörək duzu, dəmir filizi və bəzək daşları
çıxarılır. Səna, Ədən,Taiz, İbb, Əl-Mükəllə şəhərlərində yerli
miqyasda iri görünən istilik elektrik stansiyaları tikilmişdir.
Mədən
sənayesi neft, təbii qaz, daşduz, tikinti materialları çıxarılmasına
əsaslanır. Emaledici sənaye gətirilmə və yerli xammala istinad edir.
Ədən yaxınlığında yerləşmiş Əl-Bureyk və Mərib şəhərlərindəki
neftemalı zavodları ölkənin ən mühüm sənaye müəssisələridir. Mərib
Əl Səlif istiqamətində neft kəməri çəkilmişdir.
Yeyinti sənaye çörək
bişirmə, konserv, sərinləşdirici içkilər, şirniyyat, küncüt, pambıq
yağı, süni buz və s. istehsal edən müəssisələrlə təmsil olunmuşdur.
Yüngül sənayeyə məxsus müəssisələr, əsasən kənd təsərrüfatı
məhsullarının emalı və əhali tərəfindən çox işlənən məmulatların
istehsalı üzrə ixtisaslaşmışdır. Bunların içərisində pambıqtəmizləmə
zavodları, gön-dəri məmulatları istehsal edən müəssisələr,
toxuculuq,
xalçaçılıq və tikiş fabrikləri, mebel, siqaret, kibrit istehsal edən
müəssisələr xüsusilə əhəmiyyətlidir.
Sənətkarlıq inkişaf emiş sahədir. Burada zərgərlik,dəri aşılama,
270
dulusçuluq, tikiş, çəkməçilik peşələri xüsusilə seçilir. Səna və Ədən
ölkənin ən böyük sənətkarlıq mərkəzləridir.
Lakin son illərdə ənənəvi
Yəmən sənətkarlığının əhəmiyyəti xarici ölkələrdən ucuz malların
ölkəyə gətirilməsi ilə əlaqədar xeyli azalmışdır.
Dostları ilə paylaş: