III HİSSƏ ORTA ŞƏRQ DÖVLƏTLƏRİ ƏFQANISTAN İSLAM RESPUBLİKASI 1. Coğrafi mövqeyi və təbiəti Coğrafi mövqe. Cənubi-Qərbi Asiyanın Orta Şərq adlanan
bölgəsində yelləşmiş Əfqanıstan şimaldan Türkmənistan, Özbəkistan
və Tacikistan, şimali-qərbdən Çin və Hindistan, şərqdən və cənubdan
Pakistan, qərbdən və cənub-qərbdən İranla həmsərhəddir. Əfqanıstan
dənizlərdən çox uzaq yerləşmiş Asiya ölkələrindəndir. Ona yaxın
olan İran körfəzi ölkənin cənub-qərb sərhədlərindən 500 km aralıdır.
Sahəsi 652 min kv. km-dir. Bu göstəriciyə görə dünyanın 40-cı
dövlətidir. Ölkənin Pakistan ilə sərhədi mübahisəli bir yerdir. Bu
sərhəd Əfqanıstan tərəfindən rəsmi şəkildə tanınmayıb. Siyasi
ədəbiyyatda bu sərhədi Dürand xətti də adlandırırlar. B.Britaniyanın
xarici işlər nazirliyinin katibi olmuş Dürand 1893-cü ildə
Əfqanıstanla Pakistan sərhədini (daha doğrusu, o vaxt İngiltərə
müstəmləkəsi olmuş Hindistan) zorla Əfqanıstan hökumətinə qəbul
etdirmişdir.