261
Qırmızı dənizlə dağ silsilələri arasında ensiz qurşaq kimi uzanır. Ölkə
daxilində Tihamənin uzunluğu 500 km-ə qədər, eni isə 40-70 km
arasında dəyişir. Ovalığın 5-15 km enində olan sahilboyu hissəsi
həyatsız səhranı xatırladır. Buna baxmayaraq quru çay vadilərinin
mənsəbində və bəzi buxtaların ətrafında məskunlaşmış yerlərə də rast
gəlmək olar.
Cəbəl dağlıq bölgəsi Tihamə ovalığından şərqə, Səudiyyə
Ərəbistanı sərhədlərindən ölkənin cənub sərhədlərinə kimi eni 150-200
km olan dağlardan ibarətdir. Ölkənin ən hündür dağları Cəbəl
bölgəsindədir. Cəbəl-Nebi dağı (hündürlüyü – 3760 m) nəinki
Yəməndə, həm də bütün Ərəbistan yarımadasında ən hündür dağdır.
Mərkəzi yaylalar bölgəsi sönmüş vulkan konuslarından ibarət
dağlıq yerdir. Mərib şəhəri yaxınlığında bu dağlar çox da yüksək
olmayan Şarki adlanan yaylaya keçir. Şarkidə vadi və quru çay
dərələri çoxdur. Şərqə və şimala doğru yaylanın hündürlüyü azalır və
o dünyanın ən iri qum səhralarından olan Rub-əl-Xaliyə qovuşur.
Sahil zolağı bölgəsi ölkənin cənubundakı dəniz sahillərini
əhatə edir. Burada hündürlüyü 500-800 metrə çatan alçaq dağlara rast
gəlmək olar. Bu bölgənin coğrafi mövqeyi təbii şəraiti əlverişli
olduğundan o Yəmənin sıx məskunlaşmış hissəsidir.Ədən, Əl-
Mukəllə, Şükrə, Zəncibar kimi nisbətən iri şəhərlər bu bölgədədir.
Hədramaut vadisi bölgəsi Ərəbistan dənizi sahilinə paralel,
ondan 150-250 km aralı yerləşmişdir. Qərbdən şərqə tərəf vadi
ensizləşir. Ərəbistan səhralarından dağ sistemləri ilə ayrılan
Hədramaut vadisi yeraltı sularla zəngin olduğundan o ölkənin ən
mühüm kənd təsərrüfatı rayonlarından hesab olunur.
Faydalı qazıntılar da daxil olmaqla Yəmənin təbii sərvətləri
zəif öyrənilmişdir. XX yüzilliyin tikinci yarısında ABŞ, Almaniya,
Böyük Britaniya, İsveç, Sovet ittifaqı mütəxəssisləri Yəməndə geo-
loji kəşfiyyat işləri aparsalar da onun nəticəsi böyük olmamışdır.
Yəməndə dəmir filizi, mis, boksit, qurğuşun,uran, qızıl, gümüş,
daş kömür, mərmər, gips, kvars qumları, daşduz və bir sıra faydalı
qazıntılar aşkar edilsə də, bu sərvətlərdən ancaq daşduz və tikinti
materiallarının ehtiyatı çoxdur. Tihamə, Şarki və Hədramaut tarixi-
coğrafi vilayətlərində neft və təbii qaz aşkar olunsa da, onlar çox
dərin laylarda yerləşdiyindən, kommunikasiya sisteminin aşağı
səviyyəsi və başqa səbəblər üzündən az miqdarda çıxarılır.
Dostları ilə paylaş: