Microsoft Word Yaxin ve orta serq olkeleri doc


 Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə60/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   56   57   58   59   60   61   62   63   ...   229
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi 
 
İsrail əsasən gəlmələr və ərəb mənşəli əhalinin yüksək təbii ar-
tımı hesabına əhalisi sürətlə artan ölkələrdən biridir. Məsələn, 1971-
ci ildə ölkədə 3,0 mln,1990-cı ildə 5,0 mln, 2005-ci ildə isə 6,7 mln 
nəfər yaşamışdır. Mütəxəssislərin hesablamalarına görə 2015-ci ildə 
ölkədə 7,8 mln. nəfərin yaşaması gözlənilir.Fələstin  ərəbləri ölkədə 
qədim zamanlardan məskunlaşmış finikiya, xanaan və digər sami 
xalqlarının nəsilləridir.Fələstin  ərazisi  ərəblər tərəfindən işğal olun-
duqdan sonra yerli xalqlar ərəblərlə qarışmış  və  ərəb dilini qəbul 
etmişlər. Bunların  əksəriyyəti müsəlmandır (sünni). Aralarında xris-
tianlar da vardır. Bunlar arasında olan druzlar Qərbi və  Mərkəzi 


 
93 
Qalileydə, Hayfa ətrafında yaşayırlar. 
İsrail hökumətinin ölkənin  ərəb  əhalisinə qarşı ayrı-seçkiliyi 
siyasi, iqtisadi və sosial problemlərin meydana gəlməsinə  səbəb ol-
muşdur.  İsrail dövlətinin sərhədləri daxilində yaşamaqla  ərəblər bu 
problemlərin – xüsusilə sosial problemlərin həlli qarşısında acizdir. 
Neqev səhrasında tayfa bölgüsünü saxlamış köçəri və yarımköçəri 
həyat tərzi sürən ərəblər (təqribən 65 min) iqtisadi və sosial inkişaf-
dan çox geri qalmışlar. Karaimlər kiçik etnik qrup olub, iudaizmi 
qəbul etmişlər. Əsasən Raml şəhəri və onun ətrafında yaşayırlar. 
Çərkəzlər Fələstində türklər tərəfindən XIX yüzilliyin axır-
larında məskunlaşmışlar. Onlar Qalileyin iki kəndində icma halında 
yaşayırlar. Müsəlmandırlar (sünni) və etnik ənənələrini qoruyub sax-
layırlar. 
İsrailin yəhudi  əhalisi  əsasən immiqrasiya nəticəsində folr-
malaşmışdır. Fələstinə yəhudilərin immiqrasiyası XIX yüzilliyin 2-ci 
yarısında qüvvətli olmamışdır. 1914-cü ildə  yəhudi  əhalinin ümumi 
sayı 85 min idi. Birinci və ikinci dünya müharibələri arasında im-
miqrasiya qüvvətlənir. Xüsusilə Almaniya və onun işğal etdiyi 
ölkələrdə  yəhudilər təqib edilir. Bunun nəticəsində 1948-ci ildə 
Fələstində yaşayan yəhudilərin sayı 655 minə çatır.  İsrail dövləti 
yarandıqdan sonra ilk 4 il ərzində ölkəyə 700 min immiqrant gəlir. 
Ölkədə iqtisadi çətinliklər, həmçinin Yaxın  Şərq böhranının 
kəskinləşməsi immiqrasiyanın zəifləməsinə, emiqrasiyanın artmasına 
səbəb olur. 1975-ci ildə immiqrantların sayı 17 min olmuşsa, ölkəni 
tərk edənlər 20 min təşkil etmişdir. 1948-73-cü illər  ərzində ölkəni 
300 min nəfər tərk etmişdir. 1989-96-cı illərdə MDB ölkələrindən 
İsrailə 800 min yəhudi köçmüşdür. Hazırda  əhalinin 80 fazini Şərqi 
Avropa və MDB ölkələrindən,həmçinin Aralıq dənizi və Afrikada 
ərəb dövlətlərindən gələn imminqrantlar, eləcə  də  İsraildə doğulan 
yəhudilər təşkil edir. Əhalinin təqribən 20 faizi ərəb mənşəli 
fələstinlilərdir. 
Ölkədə orta ömür müddəti 79 yaşdır. Kişilər üçün bu rəqəm 
77, qadınlarda isə 80 yaşa uyğun gəlir. Hər 1000 nəfərə anadan 
olanların sayı 19,3, ölənlərin sayı 6,3 nəfərdir. 
Əhalinin orta sıxlığı barədə  dəqiq məlumat vermək mümkün 
deyil. Əgər İsrail ərazisinin 20,8 min kv. km olmasının qəbul etsək, 
bu halda hər kv. km-ə orta hesabla 300 nəfərdən artıq adam 
düşəcəkdir.  Əhali  ərazi üzrə çox qeyri-bərabər  şəkildə yerləşmişdir. 
 
94
Məsələn, Təl-Əviv mahalında hər kv. km-ə 200 nəfərə yaxın, Qüdsdə 
1000 nəfərdən artıq, cənub mahallarına isə hər kv. km-ə orta hesabla 
50 nəfər düşür. 
İsraildə rəsmi dil ivritdir. Fələstin ərəblərinin yığcam yaşadığı 
ərazilərdə  ərəb dili işlədilir. Bu iki dildən başqa idiş, rus, ingilis və 
digər Avropa dillərindən də geniş istifadə olunur. İmminqrantlar 
əsasən gəldikləri dövlətin dilində danışırlar.  İsraildə sayı 1,2 mln 
nəfər olan güclü rus dilli diaspora yaranmışdır. 
İvrit dilinin geniş yayılması  və hamı  tərəfindən işlədilməsi 
üçün dövlətin xüsusi siyasəti mövcuddur. Ərəb dili ölkənin rəsmi dili 
olsa da, dövlət  ərəb məktəblərinin ibtidai və natamam orta 
məktəblərində ivritin tədrisini məcburi sayır. Ölkəyə yeni gəlmiş 
immiqrantlara ivrit dilini öyrətməyin xüsusi sistemi yaradılmışdır. Bu 
işlərlə ivrit dili Akademiyası məşğul olur. 
İsraildə əsasən iki dinin yəhudi və islamın tərəfdarları yaşayır. 
Əhalinin təqribən 80 faizi iudaizm dininə etiqad bəsləyir. Dindarların 
19 faizi sünni məshəbinə mənsub olan ərəblər, təqribən 1 faizi xris-
tianlardır. 
İsrailin yaşlı  əhalisinin 96 faizi savadlıdır. Nisbətən sanballı 
təhsil müəssisələri bunlardır: Hayfadakı  İsrail Politexnik İnstitutu, 
Qüdsdəki Yəhudi Universiteti, Təl-Əvivdəki Universitet. Məşğulluğu 
olan hər 1000 nəfərə 135 alim və mühəndis düşür. Müqayisə üçün 
qeyd edək ki, bu göstərici ABŞ-da 70, Almaniyada isə 48-dir. 
1983-cü ildə  qəbul olunmuş yeni təsnifata görə  əgər ölkənin 
hər hansı bir yaşayış məntəqəsində 2 min nəfərdən artıq əhali yaşay-
ırsa o məntəqə şəhər sayıla bilər. Əhalisinin sayı 2000 nəfəri ötməmiş 
məntəqələr isə kənd hesab olunur. Belə təsnifata görə ölkə əhalisinin 
sayı 100 min nəfəri ötmüş 15-ə  qədər  şəhər vardır. Bunlardan ən 
böyükləri Yerusəlim (Qüds), Təl-Əviv, Hayfa, Bat-Yam və Xolon-
dur. Bu şəhərlərin hər birinin əhalisinin sayı 200 min nəfəri ötmüş-
dür. 
Sonradan ölkənin paytaxtı elan olunmuş Yerusəlim bütün 
göstəricilərə görə ölkənin  ən böyük mübahisəli  şəhəridir. Üç dinin 
mərkəzi hesab olunan Yerusəlimə ziyarətçilərin axını çox güclüdür. 
2005-ci ildə şəhər əhalisinin sayı 700 minə yaxınlaşmışdı. Yerusəlim 
dünyanın  ən qədim  şəhərlərindən biridir. Ölü dənizdən qərbdə, 
yarımsəhra iqlimli yaylada yerləşmiş Yerusəlim ölkənin böyük 
sənaye, ticarət və  nəqliyyat mərkəzidir.  Şəhərdə metal istehsalı, al-


 
95 
maz cilalanması, toxuculuq, əczaçılıq, poliqrafiya, yeyinti sənaye 
müəssisələri, məişət texnikası istehsal edən iri müəssisə  fəaliyyət 
göstərir. 
Şəhər haqqında ilk məlumat eramızdan əvvəl ikinci minilliyin 
ortalarına təsadüf edir. Kənanilərin qalası olmuş Qüdsü eramızdan 
əvvəl təqribən 1000-ci ildə  yəhudi padşahı Davud işğal etmiş  və 
şəhər İsrail-Yəhudi padşahlığının sonradan isə Yəhudi padşahlığının 
paytaxtı olmuşdur. Eramızın IV əsrində Yerusəlim xristianların 
«müqəddəs»  şəhərinə çevrildi. Eramızın 638-ci ilində  şəhər  ərəblər 
tərəfindən işğal edilmiş  və  Məkkədən sonra müsəlmanların ikinci 
«müqəddəs şəhəri» olmuşdur. 1099-cu ildə səlibçilər şəhəri işğal et-
miş, 1187-ci ildə  Səlahəddin  Əyyubi  şəhəri geri ala bilmişdi. Son-
radan şəhər təqribən 400 il Oısmanlı imperiyasının tərkibində olmuş-
dur. 
1917-ci ilin sonlarında  İngiltərə qoşunları  şəhəri tutdu və 
özünün Fələstin mandatlı  ərazisinin inzibati mərkəzi etdi. 1947-ci 
ildə BMT Baş  Məclisinin qərarı ilə Qüds şəhəri BMT-nin idarəsi 
altında beynəlxalq xüsusi rejimli müstəqil inzibati vahid statusu aldı. 
Lakin sonradan baş vermiş İsrail-Fələstin və İsrail-Ərəb müharibələri 
nəticəsində Yerusəlim  şəhəri iki hissəyə bölündü. Qərb (ərazicə 
böyük hissə) İsrailə, şərq hissə isə Ürdünə verildi. 
1950-ci ildə  İsrail qeyri-qanuni olaraq şəhərin qərb hissəsini 
özünün paytaxtı elan etdi. 1967-ci ildə  İsrail qoşunları  şəhərin  şərq 
hissəsini də zəbt edib öz ərazisinə qatdı. BMT-nin ilk növbədə, ərəb 
ictimaiyyətinin bu məsələyə mənfi münasibətlərinə baxmayaraq İsrail 
rəhbərliyi Qüds şəhərini öz paytaxtı kimi genişləndirib inkişaf etdirir. 
Qüdsdə  həm müsəlman, həm yəhudi, həm də xristian dini 
abidələri vardır.  Şəhərin  şərq hissəsində  qədim dövr abidələrinin 
qalıqları, daha doğrusu xarabalıqları qalmaqdadır. Ömər və Əl-Əqsa 
məscidləri, müqəddəs Anna, müqəddəs  İakov kilsələri bir neçə dar-
vazası olan şəhər divarları (o cümlədən Dəməşq darvazası) Qüdsün 
maraqlı memarlıq abidələrindəndir. 
Şəhərin qərb hissəsi XIX əsrin ikinci yarısından tikilməyə ba-
şlamışdır. Burada çoxsaylı ictimai binalar, yeni Universitet kom-
pleksi, tibb mərkəzi, otellər, hökumət binaları, muzey və kitabxanalar 
və s. inşa edilmişdir. 
  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin