İqtisadi cəhətdən İsrail regionun ən inkişaf etmiş dövlətidir.
İsıtehsal qüvvələrinin sosial-iqtisadi strukturuna və istehsalın
xarakterinə görə İsrail inkişaf emiş ölkələr qrupuna aid edilir.
Ölkənin qısa müddət ərzində sürətli inkişaf etməsinin əsas səbəbləri
iri imperialist dövlətlərin və beynəlxalq sionizm dairələrinin ölkəyə
güclü maliyyə, iqtisadi, texniki və siyasi yardımı, immiqrantlar aras-
ında çox savadlı mütəxəssislərin olması idi.
2005-ci il üçün İsrailin ümummilli məhsulun dəyərcə həcmi 110
mlrd. ABŞ dollarını ötmüşdü. Adambaşına düşən gəlir isə 20 min dol-
lara yaxınlaşmışdır. 1995-2000-ci illərdə ölkədə iqtisadi inkişaf sürəti
5-6, 2000-2005 ci illərdə isə 2-3 faizə bərabər olmuşdur.
Müstəqilliyin ilk 10 illiklərində iqtisadi siyasətdə
nəhəngmiqyaslı dövlətə və həmkarlar ittifaqına məxsus mülkiyyətə
çox fəal dövlət tənzimlənməsi müşahidə olunurdusa, ötən əsrin 90-cı
illərinin əvvəllərində hökumət yeni iqtisadi siyasət konsepsiyasını
həyata keçirməyə başlamışdır. Bu konsepsiyada yenilik azad rəqabətə
və qiymətlərin sərbəstliyinə yol açmış, dövlət şirkətlərin tənzimləyici
fəaliyyətini minimuma endirmişdir. Dövlət həmkarlar ittifaqı
mülkiyyətinə məxsus zəif şirkətləri özəlləşdirir, xarici investisiyalar
üçün əlverişli şərait yaradırdı.
İsrail elmə və elmi tədqiqatlara xüsusi fikir verən ölkələrdən
biridir. Ümumdaxili məhsulun illik dəyərinin təqribən 3 faizi elmi
tədqiqatlara və eksperimental işlərə yönəldilir. Neqev səhrasında
ABŞ-ın Silikon vadisinin analoqu yaradılmışdır. Bu sahənin inkişaf-
ına hər il 1,2 mlrd. dollar xarici investisiya yönəldilir. İsrail dünyada
günəş enerjisindən istifadədə, kənd təsərrüfatında tətbiq edilən gene-
aloji mühəndislikdə, pilotsuz kəşfiyyatçı təyyarələrin istehsalında
liderliyini qoruyur. İsrail 1988-ci ildə ilk peykini kosmosa çıxar-
mışdır. Ölkənin milli istehsalı olan nüvə silahı və atom energetikası
texnologiyası vardır.
İnkişaf etmiş ölkələrin əksəriyyətində olduğu kimi İsraildə də
işsizlik mövcuddur. İşsizlik səviyyəsi 2004-cü ildə 9-10 faiz həd-
dində olmuşdur. İsrail zəhmətkeşlərinin mənafeyini Histadrut Həm-
karlar İttifaqı birliyi müdafiə edir. Bu təşkilatda 1,5 mln nəfər işçi
birləşir və o bir çox müəssisə və şirkətlərin sahibi və ya ortağıdır.