Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Ölkənin qısa tarixi, idarəolunma sistemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə69/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   65   66   67   68   69   70   71   72   ...   229
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi,  
Azərbaycan Respublikası ilə münasibətləri 
 
Kipr dünyanın qədimdən məskunlaşan  ərazilərindən biridir. 
Mütəxəssislərin fikrincə  məskunlaşma neolit
*
 dövrünə  təsadüf edir. 
                                      
*
  Neolit – yeni Daş dövrünün son mərhələsi. Bu dövrdən yığılıcıq və 


 
103 
Arxeoloqların adada aşkar etdikləri qədim tapıntılar eramızdan əvvəl 
üçüncü minilliyin ortalarına təsadüf edir. Bu qazıntılara XİX  əsrin 
axırında alman və ingilis arxeoloqları tərəfindən başlanılmışdır. 
Kipr tarixi krit-miken, yunan və türk sivilizasiyalarının bir 
hissəsidir. Eramızdan  əvvəl ikinci minillikdə Kipr yunan tayfaları 
tərəfindən zəbt edilir. Bu hadisə adada yunan mədəniyyəti və yunan 
dilinin yayılmasına səbəb olur. 
Arxeoloqlar Kiprdə Afroditanın
**
 çoxlu heykəl təsvirini tapır-
lar. Adanın qərb hissəsində Afrodita məbədinin qalıqları da qal-
maqdadır. Sonralar Kipr misirlilərin, assuriyalıların, farsların, roma-
lıların, bizanslıların təsiri altında idarə olunub 
1489-1570-ci illərdə Kipr Venesiya Respublikasının tərkibinə 
daxil edilmişdir. Öz gəmilərini Kiprin dəniz quldurlarının basqının-
dan müdafiə etmək üçün Osmanlı sultanlığı 1570-ci ildə Venesiya 
Respublikasına qarşı müharibəyə başladı və bir il ərzində Kipri tam 
zəbt etdi. Adanı tutmuş  təqribən 30 min türk əsgərinə tutduqları 
ərazidə torpaqlar bəxşiş verilirdi. Türk sərkərdələrinin bəziləri yerli 
feodal mülkədarlara çevrilirdilər. Kiçik Asiyadan Kiprə türk miqrasi-
yası sonrakı illərdə müşahidə olundu. Adada turk əhalisinin for-
malaşması prosesi belə başlanmışdı.  
1878-ci ildə adanın coğrafi və  hərbi-strateji mövqeyinin 
üstünlüklərindən öz xeyrinə istifadə etməyə çalışan  İngiltərə Kipri 
işğal etdi. 1925-ci ildə isə ona rəsmən ingilis müstəmləkəsi statusu 
verilir və ada Boyük Britaniyanın xammal bazasına çevrilir. İkinci 
dünya müharibəsindən sonra güclənən milli azadlıq hərəkatı Böyük 
Britaniyanı Kipri müstəqil dövlət kimi tanımağa məcbur edir. Lakin 
Kiprin Dekeliya və Akrotiri rayonlarında Böyük Britaniya hərbi ba-
zaları (sahəsi 99 kv mil
*
) saxlanıldı.  
1960-cı il avqustun 16-da Kipr rəsmi  şəkildə Böyük Britani-
yadan istiqlaliyyət almışdı. Həmin ilin sentyarında o Birləşmiş 
Millətlər Təşkilatının üzvü seçilir. Eyni zamanda Böyük Britaniyanın 
rəhbərlik etdiyi «Birlik» təşkilatına daxil edildi. Az keçməmiş 
                                                                                
heyvandarlığa keçid başlamışdır. 
**
  Afrodita – qədim yunan mifalogiyasında məhəbbət, gözəllik ilahəsi, 
yunan allahlarından Zevsin qızı. Romalılarda Venera ilə eyniləşdirilir. 
*
 Mil – uzunluq vahidi. 1 quru mili təqribən 1,6 km-ə, 1 dəniz mili 1,8 
km-ə bərabərdir. 
 
104
adadakı etnik qruplaşmalar arasında başlanan ziddiyyətlər yunan və 
türk mənşəli kiprlilər arasında silahlı toqquşmalara gətirib çıxardı. 
Son nəticədə 1974-cü ildə adanın  şimal-şərq hissəsi qalan 
ərazidən təcrid olunmuş (Yunanıstan meylli mülki qvardiya 
tərəfindən törədilən hərbi çevrilişdən sonra adanın  şimal hissəsinə 
Türkiyə qoşunları yeridilməsi nəticəsində) və  nəhayət, 1983-cü il 
noyabrın 15-də  Şimali Kipr Türk Respublikası elan edilmişdir. 
Uğurlu hərbi  əməliyyatlar nəticəsində türk qoşunları ada ərazisinin 
təqribən 40 faizini tutdular. 
Kiprdə yaranmış  vəziyyətlə  əlaqədar BMT-nin Təhlükəsizlik 
Surası 1974-cü il qətnaməsinə əsasən bütün xarici qoşunları Kiprdən 
çıxarmağa çağırırdı.  Şimali Kipr respublikasını ansaq Türkiyə Re-
spublikası tanımışdır. 
Zaman keçdikcə kiprli yunan və türk icmaları bir-birindən 
təcrid olunur və bir-birinə düşmən münasibəti bəsləyirdilər. Yeni 
hərbi toqquşmaların baş verməsinin qarşısını almaq üçün BMT sülh 
məramlı qoşun kontingentini adaya göndərməyi qərara alır. Bu gün 
adanın hər iki hissəsində BMT qüvvələrinin koməyilə ayırıcı  xətt 
müəyyənləşdirilmişdir. Yaşıl xətt adanın bu xətt ada ərazisinin 4 faiz-
ini təşkil edən ensiz bufer zonası  şəklindədir. Adanın yunanlar 
yaşayan hissəsində Böyük Britaniyanın iki hərbi bazası qorunub sax-
lanılır. Bu hissədə, həmçinin Yunanıstanın hərbi kontingenti də 
yerləşir. Türklər yaşayan hissədə isə Türkiyəyə məxsus hərbi kontin-
gent vardır. Adanın yunanlar yaşayan hissəsi 2004-cü ildə birtərəfli 
qaydada Avropa İttifaqına qəbul edilmişdir. Bu hadisə türk icması 
tərəfindən çox pis qarşılandı. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin