1. Coğrafi mövqeyi və təbiəti Coğrafi mövqeyi. Kipr (ölkənin adı latınca (kuprus) mis mə-
nasını bildirir. Adada hələ qədim zamanlarda mis yataqları mövcud
olmuşdur.Kipr Respublikası Aralıq dənizinin şərq hissəsində,
Türkiyənin cənubunda eyniadlı adada yerləşir. Kiprdən Türkiyə
sahillərinə ən yaxın məsafə 65 km, Suriya və Livana 110 km, Misirə
370 km-dir. Adanın sahəsi 9,2 min kv. km-dir. Adanın qərbdən şərqə
maksimal uzunluğu 225 km, orta eni isə 60 km-dir.
Adanın çox əlverişli coğrafi və hərbi-strateji mövqeyi var. Üç
qitənin yaxınlığında yerləşmiş Kipr adası Avropadan Yaxın Şərqə və
Şimali Afrika ölkələrinə gedən beynəlxalq dəniz və hava yolları
üzərində yerləşmişdir. Ada iki hissəyə parçalandığından onun
ərazisinin 3355 kv. km-i kiprli türklər, 5500 kv. km-i kiprli yunanlar
tərəfindən idarə olunur.