Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi. İxracatında çay
nəqliyyatı istisna olmaqla nəqliyyatın bütün növləri inkişaf etmişdir.
Dəmir yollarının ümumi uzunluğu 610 km, avtomobil yollarının
uzunluğu təqribən 16,0 min km, boru kəmərlərinin uzunluğu isə 998
km-dir. Hava nəqliyyatı əsasən beynəlxalq daşımalarla məşğuldur.
Dəniz nəqliyyatı beynəlxalq yük və sərnişin daşımalarına xidmət
edir. Ölkədə Xayfa, Aşdod və Eylat kimi üç müasir port fəaliyyət
göstərir.
Xidmət sahəsində üstünlük turizm və bank sektorlarının
əlindədir. Ümumdaxili məhsulun təqribən 3-4 faizini yaradan turizm
sənayesi Tövrat və İslam məbədlərinin ziyarətçilərinə və kurort-
istirahət zonalarındakı turistlərə xidmət edir. 2005-ci ildə İsrailə 2,0
mln. nəfər turist gəlmişdir. Onlardan əldə olunan gəlir isə 2,9 mlrd.
dollara yaxın olmuşdur.
Ölkənin xarici siyasətinin ən tutarlı cəhətlərindən biri ABŞ və
Qərbi Avropanı strateji müttəfiq görməkdir. Bununla belə ötən əsrin
90-cı illərinin ortalarından Cənub-Şərqi Asiyada, Latın Amerikasında
və Qərbi Avropada işgüzar fəallığın artması gözə çarpmağa ba-
şlamışdır.
2003-cü ildə ölkədən ixrac olunan malların dəyəri 32 mlrd.
dollar həcmində olduğu halda idxal, həmçinin dəyəri 36 mlrd. dollar
təşkil etmişdir.
İxracat potensialına malik əsas sahə yüksək texnologiya və
hərbi sənaye məhsullarıdır. Elmi tutarlı ixracat göstəricisinə görə İs-
rail ancaq ABŞ-dan geri qalır. İdxal strukturunda yanacaq, cilalanmış
almaz, nəqliyyat təyyarələri və vertolyotlar, sənaye avadanlıqları və
hərbi ləvazimatlar üstünlük təşkil edir. ABŞ ölkənin başlıca ticarət
ortağı olaraq qalır. İsrailin xarici ticarət dövriyyəsinin təqribən 20%-i
ABŞ-ın payına düşür.
ABŞ İsrailə hər il orta hesabla əvəzsiz olaraq 3 mlrd. dollar
həcmində maddi yardım göstərir. 2003-cü ildə ölkədə cəmləşən
xarici investisiyaların həcmi 52 mlrd. 2003-cü ildə ölkənin xarici
borclarının miqdarı 71 mlrd. dollara çatmışdır.
Son zamanlar İsrail Yaxın Şərqin mühüm maliyyə
mərkəzlərindən birinə çevrilməkdədir. Ölkənin milli pul vahidi yeni
şekeldir. Məzənnəyə görə 1 yeni şekel 1 ABŞ dollarına bərabər tutu-
lur. Bir şekel isə 100 aqora bərabərdir.