105
paytaxtı Nikosiyadır. Bu şəhər yunan və türk icmaları hissələrinə
bölünmüşdür. Bütün dairələrin adları orada yerləşmiş böyük
şəhərlərin adı ilə eynidir. Famaqusta (iki hissəyə bölünmüşdür),
Kireniya (türk icması ərazisindədir), Pafos, Larnaka və Limosol
(yunan icması ərazisindədir) belə dairələrdəndir.
Milli bayram müstəqillik günü olan 1 oktyabrdır (1960).
Dövlət iki hissəyə bolündüyündən onun siyasi partiyaları da ayrı-ayrı
hissələrdə fəaliyyət göstərən müxtəlif yönümlü partiyalardır.
Yunanlar yaşayan hissədə nisbətən böyük siyasi partiyalar 1976-cı ildə
yaradılmış Demokratik partiya; 1946-cı ildə yaradılmış Kipr
Zəhmətkeşlərinin Mütərəqqi partiyası (abbreviaturası AKEL); 1969-
cu ildə yaradılmış Sosial-Demokratlar Hərəkatı partiyası və b.-dır.
Türk icmasının yaşadığı bölgələrdə isə 1975-ci ildə yaradılmış
Milli Birlik partiyası; 1990-cı ildə yaradılmış Demokratik partiya;
1970-ci ildə yaradılmış Türk Respublikası partiyası və b.-dır. Yunan
icması parlamentinin deputatlarının böyük əksəriyyəti
Demokratik və
AKEL partiyasının üzvləridir. 2003-cü ildə icmada keçirilmiş
prezident seçkilərində Demokratik partiyanın lideri Tasos Panadopu-
los prezident seçilmişdir.
Türk icması parlamentində Milli Birlik və Demokratik partiya
nümayəndələri üstünlük təşkil edirlər. Milli Birlik partiyasının lideri
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri, Demokratik par-
tiyanın lideri isə ŞKTR-nın prezidenti vəzifəsini tutur.
Hər iki Kipr icmasının xarici siyasətində birtərəflik
və bütün
ölkələrlə dostluq münasibətlərini inkişaf etdirmək məsələləri sözdə
ön plana çəkilir.
Kipr probleminin həlli dünya istimaiyyətinin, xüsusilə BMT-
nin nəzərindən yayınmır. Bu problem dəfələrlə BMT-də, onun
Təhlükəsizlik Şurasında müzakirə olunub
və müəyyən qətnamələr
qəbul edilib. Əgər qəbul olunan qətnamə yunan icmasının xeyrinə
olubsa onu turk icması rədd edib, türk icmasının xeyrinə olan
qətnamələrə isə yunan icması yox deyib.
1997-ci ilin əvvəllərində Kipr Respublikası Rusiyadan «yer-
səma» tipli orta mənzilli idarə olunan raketlər almaq istədiyini
bildirdi. Yunanıstan bu işdə ona yardımçı olacağını elan etdi. Onda
Türkiyə ŞKTR-də yerləşdirdiyi ordu kontingentinin sayını artıra-
cağını bildirdi. Kipr Respublikası Yunanıstan ilə sıx yaxınlaşmaya
can atdığı vaxtda ŞKTR Türkiyə ilə inteqrasiyaya üstünlük verirdi.
106
2002-ci ilin noyabrında BMT Kiprin federal sistemdə yenidən
birləşdirilməsini nəzərdə tutan yeni sülh proqramını irəli sürdü.
Həmin ilin dekabrında Avropa İttifaqı (Aİ)
bildirdi ki, Kipr təşkilata
üzvlüyə Avropa İttifaqının 2004-cü ildəki növbəti genişləndirmə
raundunda qəbul ediləcək.
Kiprdəki sülh danışıqlarını dəstəkləyərək Avropa Ittifaqı,
həmçinin bildirir ki, əgər sülh əldə olunmazsa yalnız beynəlxalq
aləmdə tanınmış Yunan Kipri təşkilata üzv qəbul olunacaqdır
2003-cü ilin fevralındakı prezident seçkilərində mərkəzi De-
mokratik partiyanın lideri Tassos Papadopulos qalib gəldi.
Bir ay
sonra BMT-nin nəzarət etdiyi danışıqlar baş tutmadı. Həm yunanlar,
həm də türklər təklif olunan plandan ehtiyat etdiklərini bildirdilər.
2003-ün aprelində kiprlilər bufer zona boyu hərəkətin məhdudluğunu
sadələşdirdilər. Hər iki icmadan minlərlə kiprli dərhal xətti keçdi. O
vaxtdan bəri çoxlu Kipr türkü daha inkişaf etmiş cənuba işləməyə
getdi. 2004-ün fevralında Yunan və Kipr liderləri güclü beynəlxalq
təzyiq altnda BMT-nin vasitəçilik etdiyi sülh danışıqlarını yekunlaş-
dırmağa razılıq
verdilər və beləliklə, Kipr vahid dövlət kimi Avropa
İttifaqına üzv oldu. Apreldə adanın hər iki hissəsində keçirilən refer-
endumda Kipr yunanlarının 75 faizdən çoxu BMT-nin yenidən
birləşmə planından imtina etdilər, Kipr türklərinin 65 faizi isə planı
bəyəndi. Hər iki tərəfin liderləri plana qarşı çıxdılar.
Plandan imtina yalnız Yunan Kiprinin 2004-cü ilin mayın 1-də
Avropa İttifaqına üzv olması ilə nəticələndi.
Bununla belə, Türkiyə
Kiprinin birləşmə planını bəyənməsi sülhə doğru konstruktiv bir ad-
dım idi. Bu bəyannamə Türkiyə Kiprinə öz meyvə, tərəvəzlərini
cənuba və eləcə də, Ümumi bazarına tarifsiz daxil etməyə imkan
verdi. Türkiyə höküməti özünün Avropa İttifaqına
üzvlük qrafikinə
əlavə olaraq Kipr respublikasının Avropa İttifaqının üzvü kimi tanı-
mağa razılıq verdi lakin tam diplomatik tanıma yoxdur.
Dostları ilə paylaş: