Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


daş-kəsəyi göyə fırlayan və qabağına keçən hər şeyi məhv edən qaz



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə178/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   174   175   176   177   178   179   180   181   ...   382
Sechilmish eserleri II cild

daş-kəsəyi göyə fırlayan və qabağına keçən hər şeyi məhv edən qaz
fantanını görür, yerin dibində tüğyana gələn qaz və neftin yanar dağ
dəhşətilə necə uğuldadığım eşidir və buruğun yanmda qorxuya düşən
insanların bərəlmiş kimi geniş açılan gözlərini xəyalına gətirdikcə,
onun da tükləri ürpərirdi. H ələ yanğın olduğunu yəqin etmiş olsaydı,
bu sakit otaqda Qüdrət bir an içində sarsılardı. On qaranlıq gecələrdə
belə bir neçə kilometrlik məsafəni işıqlandıran, yalnız ümidləri deyil,
orada öz səadətinin yandığını güman edib, qorxu bilmədən irəli atılan
İnsanları və milyonlarca dövlət pulunu bir anda məhv edən yanğın,
Qüdrətin də şəxsi səadətini əlindən ala bilərdi. Lalə, qadın olsa da
lazım gələndə - Özünü ölümün ağuşuna ata bilməzdimi?
Qüdrət yaxşı bilirdi ki, belə fəlakətli anlarda insan öz canından
deyil, baş vermiş qəzanın ağır nəticələrindən daha çox qorxur. Lalənin
məğrur bir qadın olduğunu, cəsarətdə heç bir kişidən geri qalmadığı­
nı, lakin bu xüsusda bir kəlm ə də danışmağı sevmədiyini yaxşı bilən
Qüdrət, onun göstərdiyi qəhrəmanlıqdan başqalarının vasitəsilə xəbər
tutduğu üçün, Lalənin ən müdhiş təhlükəyə belə sinə gərdiyini həm
iftixarla, həm də dəruni bir sarsıntı ile xatırlardı. Görünür mədənlərdə
baş verən qəzaların şahidi olmaq, bu barədə danışılan hekayələri din­
ləməkdən asan idi. Çünki hadisə olan vaxt çoxları özünə bu haqda heç
bir haqq-hesab verməyə İmkan tapmadığı halda, sakit oturub düşünən-
147


də, istər-istəm əz təhlükənin böyüklüyünü duyur, son nəticələrin ağır­
lığım hiss edirdi. “Birdən Lalə özünü irəli atıb ehtiyatsızlıq üzündən
məhv olarsa?’”
Bunu fikirləşən Qüdrət, nəfəsi daralmış halda balkona çıxdı. M ə­

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin