qızm qəlbini ovladığını güman edir, Lətifəni çoxdan sevdiyinə dair ə v vəlcədən nahaq yerə ona bir söz demədiyinə təəssüflənir, amma axır da yenə də: “beş gün qalır!” deyə başqa fikirləri özündən inadla rədd edirdi. Tahir isə usta Ramazanın buruğa gəlmədiyini görüb: “yəqin bo randan qorxur” deyə düşünür, vahiməyə bənzəyən bir hisslə tükləri iir- pənniş halda yoldaşlanna baxdıqca, özü də fərqinə vannadan həm kü ləyin səsinə, həm də qurğunun tez-tez sarsılmasına vərdiş elemoyo başlayırdı. Onun da, yoldaşlarının da zehnini məşğul edən yalnız bu idi: “Beş gün qalır!” deyə. Lətifə isə xəyalında məktubu azı on cürə başla mış, lakin bir kəlmə de yaza bilməmişdi: “Buruq tohvil veriləndən son ra yazsam daha yaxşı olmazmı? Axı cəmisi beşcə gün qalır!” Nəhayət Vasilyev papirosunu tüsdülodərək Lətifə ilə yox, özü ilə danışırmış kimi dedi: - Az qalır, qızım, beş gün qalır! Sağ olsun uşaqlar. Mən onlara ina nıram. Bİlirsənmi nə çatışmır? - Nə? - deyə Lətifə nə qədər fikirləşdisə də, məhz nəyin çatışma dığım tapa bilmədi. - Müharibədən danışmaq istəmirəm, ancaq o bizə hələ də mane olur. Yemək ehtiyatımız yoxdur. - Aha, - deyə Lətifə qaşlarını azacıq yuxan qaldırdı. - Gətirərlər, Sergey Timofeycviç. Vasilyev yemək şeylərinin olmadığını deyil, gətirməyin çətinliyi ni bildiyi üçün ixtiyarsız halda səsini ucaltdı: - Gətirərlər?! - Əlbəttə, usta, bu qədər adamı ac qoymayacaqlar ki? - Yox, bizim uşaqlardan heç biri öz qamı üçün başqasının dənizdə batmasına razı olmaz. Mən ki, heç,,. Yox, yox, lazım deyil. - Vasilyev künedo qoyulmuş radio aparatını göstərdi: - O necədir? Sazdırmı? 266
“Aha, radionu yoxlamağa gəlibm iş” deyə Lətifə sürətlə düşünüb,