nizə ayaq basmaq olar? Paşa dinmədi. O hər şeyin faydasız olduğunu bilirdi. Bundan sonra atasını ağıllandırmağa onun gücü çatmazdı. 267 < 3 * V .
- O nədir orada cızıldadırsan? Bəri gətir, yeyək! - deyə usta düz oğlunun qabağında oturdu. - O biri gəlin haradadır? - Dərsdədir. Bura gəlib söndən nə ləzzət aparacaq? - Nisa artıq dodağının altında mızıldanmağa başlayırdı, Elə bil bundan başqa buruq qazan yoxdur. Paşa ilə Nailə bir-birlərino baxıb gülümsəyirdilər:” Bunlar köhnə söhbətdir”. - İTə, danışan kim idi? - Yoldaş Aslanov... N ə deyirdi?
- Deyir ki, gəl muzeydə otur, uşaqlar sənə tamaşa eləsinlər. Bil mirəm məndə no görüb? Əvvəllər çox istədi məni böyük eləsin, razı olmadım. Dedim ki, elə bu saat da padşah kimi dolanıram. A ilə üzvlərinin sevinci artıq başqa dərdləri unutdururdu. Nişanın buğlanan xörəyi balaca otağı öz ətrilə doldurdu. Amma onlar söhbətə yenə do ara vermədilər. Paşa Aslanovun tərəfini saxladı: - Kişi düz deyir, ata. Daha bosdir! Axı sən yorulmusan. Mon gə ləndən sonra sən niyə işləyəsən? Bu sözlər qocanın fərəhini artırırdı. Onun gözlərində qürurla bəra bər, güclə sezilən bir təbəssüm vardı. Ancaq o Paşanın dediklərinə bir cəhətdən haqq vermirdi.:”Axı men pul qazanmaqdan ötrü işləmirəm ki? Bir mənəm, bir də qarım. Artıq pul nəyimo gərək?” - Yox, oğul, - dedi, - bu baş tutmayacaq. Ürəyimdə çox arzum var. - Nədir axı? - Him... Nədir? Guya bilmirsən? Arzum odur ki, dənizdə təzə bır Abşeron olsun. Ölondə arxayın ölüm. Bilim ki, Bakı yenə nöyiitün padşahıdır. - O uzun məsələdir, ata. Ona bir insan ömrü kifayət eləməz.