çıxarmışdım. Bir vaxt vardı ki, mənim həyatım həm işə ehtiyac içində keçirdi. Sənə nişanlananda üzük almağa da gücüm çatmadı. Oxudum, çalışdım, özümü göstərdim. Axırda gördülər ki, yox, mən daha böyük rütbələrə layiqəm. Odur ki, irəli çekdilər, orden verdilər, bunlar hamı sı müvəqqəti İmiş. Aslanov mənə olmazın sözlər dedi. Yəqin məndən yuxarıya çox şey qandırıblar. Yoxsa birdən-birə nüfuzdan niyə düş düm? Eh görünür taleyim belə imiş. Dilara onun qulluq işlərinə qarışmağı sevmirdi. O, yalnız uşaqları nın həyatı ilə maraqlanır, onların yaxşı oxumağına fikir verir, ən çox da evinin səliqəsilə məşğul olurdu. Amma bu dəfə orinin təsəlliyə möhtac olduğunu görüb, məyus bir tövrlə dedi: - Qəm yem ə, Saleh. Adam həm işə böyük vəzifədə olmaz ki? - Yox, mən demirəm ki, gərək men elə ömrümün axtrmacan ora da oturam? M ən mühəndisəm, dövlət məni hara yollarsa, orada da iş ləyəcəyəm . Amma burası var ki, günahım olmaya-olmaya nə üçün məni aşağı endirsinlər? 274 O V
Dilara təbiətcə mülayim və nəvazişkar bir qadındı. O, ərinin qəl binə dəyməmək üçün, onun qüsurlarım də həm işə sakit v ə mülayim bir tərzdə deməyə çalışırdı. Bu gün isə onun əsəbi halda otaqda var- gəl etdiyini görüb, xoyahndan keçən sözləri demək fikrindən də da şındı,.O yenə təsəlliyə güc verdi: - Saleh, - dedi, - Aslanovun xasiyyətini özün məndən yaxşı bilir sən. Bu gün tənqid eləyir, vəzifəni azaldır, amma görəndə ki, düzəlir sən, işə can yandırırsan, daha kin saxlamır, qolundan tutub qaldırır, - Eh, daha mənimki getdi. O gün müşavirədə hamını tənqid elədi, amma mənə gələndə əlini təvladı, yəni ki, məndən bir adam olmaz... Mən onun xasiyyətinə bələdəm. Kimi bərk tənqid eləyirsə, bil ki, o