tapmırdı. N e deyə bilərdi? Dənizdəki əhvalatdan ilk dəfə özü xəbər tutmalı ikən, ona başqaları bunuxəbər verirdi. - Bu dəqiqə yoxlayaram, sizə zəng elərəm! - deyə Qüdrət hərbi adam kimi dartındı və dəstəyi yerinə qoydu. - Əlbəttə, bu rüsvayçılıqdır! Bizdən başqa hamı bilirmiş. Qonaqov içəri girdi. Qüdrət ona qəzəblə baxdı: - Batan hansı qayıqdır? - "Bahar”. Oşi, bilmirəm bu qalmağab kim qaldırıb? Adamın ba şına iş gələr. Doğrudur, qayıq çevrilib, ancaq batan olmayıb. Hamısı sağ-salamatdır. Üzüb çıxıblar. Qayığı da bu saat getirdilər. Qüdrətin üstündən elə bil dağ götürüldü. - Usta Ramazan necə? - Yalan sözdür. O, “Çapayev’Üə gedib, buruğa çatıb. Bu saat tele fonla mənimlə danışırdı. - Doğrudanmı? - Qüdrotm ürəyi sanki sinəsini yanb çıxmaq is tədi. - Bəs bu no şayiədir? Mənim adımdan əmr ver ki, bundan sonra bir qayıq da denizə çıxmasın. Aydındır. Yoxsa bir də izah edim? - Aydındır, - deyə Qonaqov trest müdirinin heç olmasa bir dəfə ra zı saldığına hədsiz dərəcədə sevinib cəld addımlarla kabinetdən çıxdı. Qüdrət telefonla zəng edib, Aslanova əsil həqiqəti bildirdi və son ra Fikrətə üz tutdu: - Denizlə rabitəni möhkəmlədin dedi. - Telefonları, radionu işə salsınlar! Fikrət sürətlə qapını açıb getmək istəyəndə, qabağına çıxan bir dəstə adam qəbul otağına daxil oldu. Onlardan biri İsmayılzadədən içəri girməyə izin istədi. Qüdrət: - Buyurun, buyurun! - deyə hamısını kabinetə çağırdı. Gələnlər, trest müdirinin göstərdiyi kreslolarda əyləşdilər və yay lıqlarım çıxarıb, üz-gözlərinin tozunu silm əyə başladılar. Qüdrətə ya xın oturmuş bir gənc mühəndis havadan narazılıq edərək söylənirdi: 272