adamı çox istəyir. Amma meni... Yox, gözündən bərk düşmüşəm, Dilara. O İsmayılzadə nə kələk qurdusa, mənim evimi yıxdı. Bu söhbətdən üç gün keçdi. Amma dənizdə tufan yenə de kəsil mədi. Külək arada bir zəiflədisə də, üçüncü günü axşamı yenidən şid dətlənm əyə başladı. Mirzəyev iki dəfə Qüdrətin trestinə zəng elədi. Müdirin gecəli-gündüzlü oradan heç yana tərpənmədiyini öyrənəndə, evdə bu qədər boş oturmaq onun atına gəldi. Səhərdən işə çıxmağı qərara aldı: “Belə getsə, bir həftə gözləm əli olaram” deyə fikirləşdi və arvadından hələ adi mühəndis ikən geydiyi paltarı istədi. Bu hadisə ai lədəki pərtliyi daha da artırdı. Onun pərişanlığı arvad-uşağına daha da çox təsir elədi. O həm özünə, həm de ailəsinə təsəlli verib: - N ə olar ki? Adam böyüyər də, kiçilər də, məni hökumət hara göndərsə, orada işləyəcəyəm , - deyirdisə də, özü də, ailə üzvləri də bu sözlərin ürəkdən gəlmədiyini aydın başa düşürdü. Mirzəyev səhər saat ona yaxın evdən çıxanda, adəti üzrə maşın dayanan yerə addımladı. Ancaq, böyründən antennası havaya ucalan maşınını görməyəndə düşdüyü vəziyyəti bir de xatırlayıb, qam qaral mış halda piyada getdi. Çoxdan bəri özünü v ə ailə üzvlərini təzə maşında gəzm əyə öyrətdiyindən, bu saat ona ən çox təsir edən vəzif əsinin kiçil məsi deyil, məhz bu maşından məhrum olması idi: “İndi hamı deyəcək ki, aşna, necəsən? Çox özünə qürrələnirdin. Buna hö kumət deyərlər. Qaldırar və endirər də...” O, bu fikirlə ətrafına baxdısa da, tanıdığı adamların üzündə gözlə diyi istehzadan cüzi bir əlamət belə görmədiyinə təəccüb elədi. Hamı, ehtiramla salam verib keçirdi. Mirzəyev tramvaya minib trestə gələn də, ilk dəfə, mədəndən qayıdan Qüdrətlə rastlaşdığı üçün daha da pərt