zərbələrdən yıxılmamaq üçün ayaqlarını yerə möhkom dayayıb, göz lərini “Çapayev”dən bir an çəkmirdi. - Yoldaş Qüdrot, - deyə Bədirli şapkasından ikiəlli yapışıb kəsik- kəsik dilləndi. - Bunların çoxusu front görmüş oğlanlardır, bərkə-boşa düşüblər, intahası qorxurlar yeməyi aparıb çatdıra bilməyələr. Qüdrətdən sos çıxmadı. Onun İki-üç addımlığında uğuldayan də niz, körpünü az qala yerindən qoparır, hor dalğa sahili döydükcə, elə bil, yer, göy zəlzələy ə düşüb titrəyirdi. “Çapayev” isə dalğalar arasında gah batır, gah çıxır, amma yeno inadla vuruşaraq özünə yol açırdı. - O gedəcək! - deyə Qüdrət artıq bir inamla Bədirliyə baxdı və onun gözlərində doğrudan da qəribə bir sevinc alışıb yandı,,. 281 < 2 V
5
Usta Ramazanın bumğunda isə qayıq haqqında düşünon yox idi. Briqada üzvləri yalnız tufanın qurtarmasına ümid bağlayırdılar. Hamı nın fikri-zikri işdə idi. Tufan günlərində balta dörd yüz iyirmi metr məsafə qət eləmişdi. Deməli, buruq bu gün də olmasa, sabah üç min metr dərinliyə çatıb, istifadəyə veriləcəkdi. Əslinə baxsan bu sürət Ramazanın özü üçün də gözlənilməzdi. Aclıq onu da, yoldaşlarını da əldən salırdı. Hamının rəngi-ruhu qaçmışdı. Briqada üzvləri arasında buraya gəlib düşdüyü günə lənət oxuyanlar da vardı. Amma bunuheç kim üzə vurmurdu. Çünki no qədər əsəbiləşsələr da, ən axırda bircə şey onlara təsəlli verirdi: - Buruq vaxtından yalnız bir ay ə w ə l yox, hələ bundan da iki gün tez qurtarırdı. Briqada bu dəhşətli tufandan üzü ağ çıxardı... - Bu sözləri də heç kəs demirdi. Anıma hamının aclığa, susuzluğa dözməsi də; “get yat, yorğunsan” deyə təklif edən Ramaza na “yox” cavabı verməsi də bu hissin, bu duyğunun səbəbinə idi.