Ə vvəlcə bu sözlərin çox ciddi bir məqsədlə deyildiyini güman edənlər, axırda gülüşdülər. Gülməyən təkcə Ramazan, bir də Vasilyev özü oldu. - Mən zarafat eləmirəm, uşaqlar, tufan elə dörd gün bundan qa baqkı kimidir, hələ bəlkə bir az da gücləndi. Qoy gətirsinlər. Bundan sonrası da var. - İşi dayandırsaq necə olar? Usta başının yuxarı qaldırmadı. Sual verən Heydəri səsindən tanı dı. Qocanın nəzərində yemək istəmək - belə məğlub olmaqdan min qat yaxşı idi. Amma o, yeno dinmədi, ö z könlü ilə danışmaq istəyən olmadığı üçün adamları ucadan adbaad çağırdı: - Heydər, de görüm, gətirsinlər, ya yox? Əvvəldən də arıq ve cansız olan bu fəhlənin ovurdları tamam bat mışdı. O, bır xeyli sükut edib, təroddüd içində qalmışdı. Ramazana elə gəldi ki, işi dayandırmağı m əsləhət görən adam, yem ək istəməyə çox dan razıdır, amma bunudİlilə deməyə utanır. - Deməli, razısan, hə? - Yox, usta, izin ver, fikirləşim, - deyə Heydər üzünü bir qədər yana çevirdi. Hamının gözü onda idi. - Hə, yaxşı fikirləş! - Usta Qrişaya müraciətlə soruşdu: - Sən necə, razısan? Dünəndən bəri kəmərində bir neçə təzə deşik açan bu şişınan oğlan: - pətirsələr... - deyə sözünün axırını uzatdı və birdən, tələsmiş kimi əlavə etdi: Axı, usta, işi dayandırdın, qarnımın qurultusu artdı, olmaz başlayaq? Aclar gülüşdülər. - Vallah, düz deyirəm. Axı söz vermişik, usta. Vaxt gedir. Yox, mən razı deyiləm. Hansı kapitan gəlsə, mənim dostumdur. Niyə batsın axı? Razı deyiləm! Bu anda Heydər də dilləndi: - Mənim də dostumdur, elə mən də razı deyiləm.