gəzməkdən artıq yorulub ön-on beş günlük istirahətdən sonra yenə köhnə vəzifəsinə qayıtmaq haqqında ərizə vermişdi. Onu şəhər komitəsinin ikinci katibi qəbul elədi və Aslanovun tək lifini ona çatdırdı: - M əsləhətimiz belə oldu ki, siz burada, aparatda çalışın. Paşa hansı sahədə işləyəcəyi ilə maraqlandı: - Mənim vəzifəm nədən ibarət olacaq? - Sizi hələlik şəhər komitəsinin şöbə müdiri təyin eləm ək fikrin dəyik. Müharibədən əvvəl, gərək ki, raykomda propaqandist işləyir diniz, deyilmi? - Bəli. Elə İndi də bu sahədə işləmək arzusundayam. Doğrusu, mədənlərdə fəhlələr arasında çalışmağa əvvəldən həvəsim var. Bir- birimizi tez başa düşürük. 290 C ^ V .
- Bu daha gözəl. Bizə də belə yoldaşlar lazımdır. O gün neftçilə rin müşavirəsinə gəlmişdinizmi? - Xeyr, meni çağırmamışdılar. Ancaq atamdan soruşdum, o mənə hər şeyi ətraflı danışdı. - Deməli, siz Bakı partiya təşkilatının yaxın vəzifələrindən xəbər darsınız. Aslan Teymuroviçin fikri budur ki, aparata, müharibə alovla rında bərkimiş yoldaşlardan mümkün qədər çox cəlb olunsun. Çünki, təsərrüfatın hər sahəsində olduğu kimi, neft cəbhəsində və səfərbər lik əhvali-ruhiyyəsini birə on yüksəltmək lazım gələcək. Lakin Paşa yenə də köhnə işinə qayıtmaq fikrindən əl çekə bilmir di. Onun rəyinco, öz səviyyəsinə nisbətən yüksək vəzifə tutmaqdan- sa, yaxşı bacardığı işə getmək hər halda daha faydalı idi. - Bilirsinizmi, - dedi, - əlbəttə, mən Aslanov yoldaşın da, sizin də etimadmıza qarşı təşəkkür edirəm. Ancaq... — Paşa tərəddüd içində bir neçə an duruxdu, - Ancaq, doğrusu, m ən bu v əzifəyə özümü layiq görmürəm. Axı men... - Siz təvazökarlıq edirsiniz, - deyə katib ciddiyyətini pozmadan