Vasilyev kapitanın yorulduğunu hiss edib: Abasqulu! dedi, bir az dincəl! Qolun yorulub, dincəl, hayıf eləm ə yeməyi!.. Bu halda mədəni budkadan Lətifəni çığırtısı eşidildi. Hamı dönüb o tərəfə baxdı. Yanğın! Yanğın! deyə qışqıran qız, körpü ili bəriyo tərəf yü yürdü. Yenə aclıq, susuzluq hamının yadından çıxdı. Cavanlar budkaya doğru yüyürüşdülər. Lətifə onları görüb dayandı və əlilə budkanı gös tərdi. Bir arı belə keçməmiş onlar yanğın yerinə çatdılar. - Nədən olub? - deyə Vasilyev Lətifədən soruşdu, - Bilmirəm. Elektrik məftili yandı. Mən radionu qururdum, bir də onu gördüm ki, budkanı alov bürüdü. - Uşaqlar, qalmaqalsız, tez su gətirin!.. - deyə Vasilyev ora-bura vurnuxan Cəmillə Tahiri sakitliyə çağırdı. Tahir, Vasilyevi belə təəccü bə gətirən bir cəldlik və məharətlə divardakı əmniyyət cihazım burub elektrik qüvvəsini kəsdi. Montyorluq dərsi ilk dəfə onun üzünü belə ağartdı! Sonra o, ildınm sürətilə vedrəni götürüb özünü içəri saldı. Alo vun dilləri ona tərəf uzanır, yaxın düşməyə qoymurdu, O, suyu qaldırıb yanan yerə sopolədi. Bir neço an budkam tüstü bürüdüsə de, alov yenə də kəsilmədi. Tahir eşiyə yüyürdü və vedrəni kəndirə bağlayıb dənizə saldı. O qayıdana kimi Cəmil divardan asılmış yanğın qutusunu götürüb açdı, onun içindəki torpağı alovun üstünə atdı. Tahir olindəki vedrəni boşaldıb yenə qayıtmaq istərkən Vasilyevitı qışğırığmı eşitdi: - Qız, getmə! Lətifə Özünü alova vurub radio cihazım çıxarmaq istəyir, lakin Vasilyev onun ətəyindən yapışıb buraxmırdı. Bunu görən Tahir, bir də 288 O V
geri qayıdanda, suyu boşaldıb vedrəni kənara tulladı v ə özünü alovun içinə atdı.