baxdı. Dəhlizdə, çiynini çekən Dadaşlmı gördü. M ədən müdiri onun böyründən güllə kimi sürətlə eşiyə atıldı. *- Canım, bizim bu müdirə nə olub, başını nə yaman itirib? - deyə Dadaşlı öz-özünə deyinərkən, gözü Paşaya sataşdı. — Yoldaş Isgən- dərzadə, xoş gəlmisiniz, İzin verin, sizi təbrik edim. Dem əli, bundan sonra daha bizə mühazirə oxumayacaqsınız? Paşa Dadaşlıya əl verdi: - N iyə oxumuram? M ən yenə təbliğat işlərilə məşğul olaca ğam, - dedi. - B əs sen niyə öz uçastokunda deyilsən? - Çünki belə tufanlar menim halıma təfavüt eləmir. Bütün bu- ruqlanm normal qaydada işləyir. H ələ külək başlayalı planı on faiz də artıq ödəyirəm. Yoxsa müdir m ənim atamı dalıma sanmamış əl çək məzdi... Doğrusu, başıma bir fikir gəlib, dünəndən bəri m ənə rahatlıq vermir, istəyirdim onu müdirə deyəm. - N ə fikir? 294
- Ayaqüstü danışmaq istəmirəm. Əgər vaxtınız varsa, on-on beş dəqiqə ömrünüzdən m ənə bağışlayın. - Buyurun. Onlar müdirin kabinetinə girdilər. Paşa dalınca qapını bərk örtdü. - Yoxsa şikayətdir? - Xeyr, xeyr. Mənim şikayətlə aram yoxdur. Sözüm olanda hamı sını iclasda deyib ürəyimi boşaldıram. Xeyirli bir təklifim var. Onu dem əyə gəlmişdim. - Gəl otur görüm. A xı bu işlərdən mənim də bir az başım çıxır. - Bu daha yaxşı. Təklifim xoşunuza gəlsə, m ənə kömək edərsiniz. - Buyur, buyur. Paşa müdirin yerində oturdu. Dadaşlı yaylıqla üz-gözünün tozunu silib, Paşanın yanında divara söykəndi. - Hə, yaxşı yadıma düşdü. Bir qədər səbir elə, - deyə Paşa Lalə yə zəng elədi: - Ə w e la salam, Lalə xanım. Çox sağ olun, çox razıyam. Yenİ vəzifəm menə düşmədi. Buralara ayaq basanda, sizin trestdə yıxılan bir vışkaya rast gəldim. Xəbəriniz var? O briqadaya kömək