Referat iŞİ İxtisasın şifrəsi və adı: 148449 Dünya iqtisadiyyatı Kafedra müdiri



Yüklə 291,84 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix02.01.2022
ölçüsü291,84 Kb.
#43514
növüReferat
  1   2   3   4   5
REFERAT İŞİ-dönüştürüldü



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL  NAZİRLİYİ 

 

                              SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ 



Əlyazması hüququnda 

İQTİSADİYYAT VƏ İDARƏETMƏ FAKÜLTƏSİ 

DÜNYA İQTİSADİYYATI İXTİSASI 

  

                 708-ci qrupun tələbəsi Alışova Səmanın 



  

Azərbaycan iqtisadiyyatında təsərrüfatın təşkili formaları 

  

REFERAT İŞİ 

  

İxtisasın şifrəsi və adı: 148449 Dünya iqtisadiyyatı 



Kafedra müdiri: 

i.u.f.d., dos., Pənahəliyeva Məlahət 



Elmi rəhbər:Hüseynov Nihad 

  

Sumaqayıt– 2021 



 

 

Plan:1 


Azərbaycan iqtisadiyyatı 

 

 

Plan:2 



Azərbaycandan neftin ixracı 

 

 



Plan:3 

Təsərrüfatın formaları 

 

 



Plan:4 

Azərbaycanda yeni sənaye müəssisələrinin istifadəyə verilməsi 

 

 



 

 

 



 

Mövzu: 

Azərbaycan iqtisadiyyatında təsərrüfatın təşkili formaları 

 


Plan1:Azərbaycan iqtisadiyyatı 

Azərbaycan uzun müddət Rusiyanın müstəmləkəsində olduğundan onun 

iqtisadiyyatı keçmiş SSRİ-nin vahid xalq təsərrüfatı kompleksinin tərkib hissəsi 

kimi formalaşmış və onun strukturu tamamilə həmin ölkənin iqtisadiyyatının 

tələblərinə uyğunlaşdırılmışdı. 

Lakin 1918-1920-ci illərdə də Azərbaycan iqtisadiyyatında neft sektoru aparıcı 

mövqeyə sahib olub. Azərbaycan Demokratik Respublikasının (ADR) 

fəaliyyətdə olduğu 23 aylıq dövrə aid olan geniş araşdırma mövzuları arasında 

təəssüf ki, bu cümhuriyyətin iqtisadi tarixi, xarici-ticarət əlaqələri, büdcə siyasəti 

haqqında yığcam, dərin araşdırılmış materiallara rast gəlmək olmur. Bununla 

belə, respublikanın sahib olduğu iqtisadi imkanlar, fəaliyyəti ilə bağlı bəzi 

materiallar toplamaq mümkündür. Həmin materiallar ADR-in iqtisadi fəaliyyəti 

ilə bağlı az da olsa təsəvvür yaratmağa imkan verir.  

ADR hökumətinin Azərbaycanda həyata keçirdiyi iqtisadi fəaliyyət əsasən 

1919-cu ildə daha əhəmiyyətli olmuşdur. Həm bu ilin bütünlüklə cümhuriyyət 

dövrünə daxil olması, həm də hökumətin strukturlarının tam formalaşdırılması 

bir sıra islahatların həyata keçirilməsinə imkan yaratmışdır. 1919-cu ildə 

Azərbaycanın dövlət büdcəsi 665 milyon manata bərabər olmuşdur. Bunun 

böyük hissəsi neft satışından əldə edilən gəlirlərdən və tutulan mənfəət 

vergisindən daxil olmalar təşkil etmişdir. Büdcəni formalaşdırmaq üçün əsas 

mənbə gəlir vergisi idi. 1919-cu ildə ölkədə mənfəət vergisinin dərəcəsi 30 faizə 

bərabər olmuşdur. Büdcə daxilolmalarında ikinci mühüm mənbə şərab, tütün və 

xüsusən neft məhsullarından alınan aksiz vergisindən ibarət idi. Bunlarla 

bərabər, büdcənin 100 milyon manatlıq hissəsini  gömrükdən, 15 milyon 

manatını isə azad ticarət, yük, sərnişin daşınmasından toplanan rüsum təşkil 

edib. Məhdud imkanları olan büdcənin çox hissəsi əmək haqlarının verilməsinə 

yönəldilirdi. Hökumət az da olsa büdcədən təhsil üçün 30 milyon, hərbi xərclər 

üçün 80 milyon manat vəsait ayıra bilmişdi. ADR qurulana qədər baş verən 




münaqişələr səbəbindən  çoxlu yaşayış məntəqələri dağıdılmışdı. Büdcədən 

təxminən 130 milyon manat məhz bu çatışmazlıqların aradan qaldırılması üçün 

istifadə edildi. Neft sənayesi nəzərə alınmasa, 1918-1920-ci illərdə Azərbaycan 

daha çox aqrar ölkə olub. Azərbaycanda həmin dövrdə iribuynuzlu mal-qaranın 

sayı 1 milyon baş, atların sayı 150 min baş, camışların sayı 300 min baş, 

dəvələrin sayı 12 min baş, qoyunların və keçilərin sayı 1,5 milyon başa çatıb. 

Hər bir dövlətin əsas iqtisadi atributlarından biri təbii ki, onun milli valyutasıdır. 

Azərbaycanın milli valyutası olan manat məhz 1919-cu ilin əvvəllərində 

tədavülə buraxılıb. İlk əskinazlar 25, 50, 100 və 250 manatlıq olmuşdur. Bir 

qədər sonra manatın daha böyük 500-lük əskinası emissiya edilib. Azərbaycan 

birjalarında pulların məzənnələrinə diqqət yetirdikdə görünür ki, manatın kursu 

aparıcı valyutalara nisbətən çox aşağı olub. Məsələn, 1919-cu ildə 100 rublluq 

“Romanovlar” 350 manat, 1 ingilis funt-sterlinqi 315 manat, 1 Amerika dolları 

280 manat, Fransa frankı 10 manat, İtaliya lirəsi 7 manat, İran tüməni 125-230 

manat, rus onluq qızıl valyutası 420 rubl manat və s. təşkil edib. 

Maliyyə-pul siyasətini daha da gücləndirmək üçün 1919-cu ilin sentyabr ayının 

30-da Bakıda Azərbaycan Dövlət Bankı təsis olunub. 1919-cu ilin oktyabrın 25-

də kredit bankları və şəhərlərdə əmanət kassaları fəaliyyətə başlamışdır. 

Azərbaycan həmin illərdə aqrar ölkə olsa da, strateji məhsulların çox hissəsini 

idxal hesabına təmin edib. Taxıla olan ehtiyacını qarşılamaq üçün xaricdən 7 

milyon pud (112 min ton) buğda alıb. Təxminən 16 min ton şəkər idxal edib. 

ADR xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrində barter üsulundan geniş istifadə 

edirdi, alınan malların və təbii sərvətlərin müqabilində daha çox neft verilirdi. 

Azərbaycan Amerikadan, Fransadan, İtaliyadan və digər xarici ölkələrdən 

gətirdiyi hərbi sursatın, telefon aparatlarının, minik avtomobillərinin, yüz ədəd 

paravozun, iki min sisternin, beş yüz bağlı vaqonun, ərzaq məhsullarının 

dəyərini əsasən neftlə, pambıqla, yunla, ipəklə, gön və dəri ilə ödəyirdi. 



 

Azərbaycanda həmin illərdə iqtisadi əlaqələri qaydaya salmaq üçün gömrük 

xidməti də yaradıldı, Bakı-Batum neft kəməri bərpa edildi, Kür çayı üzərində 

körpü tikildi, Bakı-Ceyhan dəmir yolu inşa edildi, Xəzər dəniz gəmiçiliyi 

yenidən quruldu. 

Cümhuriyyət illərində Azərbaycanda 1918-ci ildə 3287 quyudan 185, 6 milyon 

pud (2,96 milyon ton), 1919-cu ildə 2066 quyu 225,1 milyon pud (3,6 milyon 

ton), 1920-ci ildə 2037 quyudan 175,1 pud (2,8 milyon ton) neft çıxarılıb. 




Yüklə 291,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin