Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


onun sözünü kəsdi. - Heç bir kəs anasının qarnında öyrənmir. Gələr­



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə358/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   354   355   356   357   358   359   360   361   ...   382
Sechilmish eserleri II cild

onun sözünü kəsdi. - Heç bir kəs anasının qarnında öyrənmir. Gələr­
siniz, işin səciyyəsilə yaxından tanış olarsınız. Biz hər zaman sizə
kömək edəcəyik.
Paşa yenə qərarından dönmədi:
- Hər halda sizdən xahişim budur ki, Aslanov yoldaşa mənim ar­
zumu söyləyəsiniz.
Katib, Paşanın bu hərəkətindən narazı qalsa da, onun xahişini
Aslanova yetirmək üçün, hökumət telefonunun dəstəyini götürüb,
nömrəni yığdı:
- Yoldaş Aslanov, dedi, - Paşa İsgəndərzadə ilə danışdım. Bəli,
yanımdadır. Xeyr, yenə köhnə işində çalışmaq fikrindədir. Baş üstə!
— Katib dəstəyi yerindən asdı. Stolun üstündəki iş qovluğunu götürüb
ayağa qalxdı: - Bizi yanına çağırır, gedək.
Paşa həyəcanlanmağa başladı.
- Yaxşı, mən ona nə deyim?
- Burada nə dedinizsə onu.
Paşa yavaşca addımlarla yuxarıkı mərtəbəyə qalxana qədər.
Aslanovun yanında əlavə nə kimi dəlilər gətirəcəyini düşündü: “Aşa­
ğı partiya aparatında da bacarıqlı işçilər lazımdır. Orada özümü göstərə
291


bilsəm, sonra yenə irəli çekərsiniz. Çoxdandır partiya işindən ayrılmı­
şam. Qorxuram sizə az xeyrim dəysin”
Paşa ikinci katiblə bərabər Aslanovun kabinetinə girəndə, əvvəlki
dəlilləri də, pilləkəndə düşündükləri də tamam yadından çıxdı. Asla­
nov onun yeganə, sağ əlini bərk-bərk sıxıb, gülə-gülə dedi:
- Hə, cəbhə səni bərk yorub? Rahat bucaq axtarırsan? Otur, otur!
- Xeyr, yoldaş Aslanov. İş az olanda ürəyim darıxır.
- Bəs niyə məsləhətimiz xoşuna gəlmir?
Paşa yalnız indi, aşağıdakı mərtəbədə düşündüklərini xatırlaya
bildisə də Aslanovun qüvvət təlqin edən aydın baxışlarından, nə ise,
qorxmuş kimi, bu xüsusda bir kəlmə belo danışmaq istəmədi.

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   354   355   356   357   358   359   360   361   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin