Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


- Yəni bu cür olsa, məhsulun qədəri artar, hə?



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə365/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   361   362   363   364   365   366   367   368   ...   382
Sechilmish eserleri II cild

^
- Yəni bu cür olsa, məhsulun qədəri artar, hə?
296
- B əs nece, yoldaş İsgəndərzadə?! Ona mənim heç şübhəm yox­
dur. Qoyun nümunə üçün əvvəlcə mənim briqadamdan başlasınlar.
Nəticəsini yoxlasınlar. Mən inanıram ki, bu yolla bir çox “ölü” quyu­
lan da dirildib işə salacağıq. Deyirlər ki, ölm əsinə səbəb guya neftin
yoxluğudur. Xeyr, bu doğru fikir deyil. Çox vaxt dıqqətsiz təmirat n ə­
ticəsində yaxşı quyular da korlanıb gedir. Axı doktor var ki, naxoşu
diqqətlə müalicə eləyir, doktor var ki, heç neyi vecinə almır, xəstə
öləndə de min dənə bəhanə gətirir. B iz nə üçün pis doktorların yolu
ilə gedək? N ə üçün həm dövlətə, həm do bizə ziyan dəysin?
Paşa bu gənc ustaya artıq fəxrlə baxırdı. O, açıq-aydın hiss edirdi
ki, Dadaşlının hər hicsozü, dafolariə,yoxlamlmış, uzun haqq-hesabdan .
sonra əldə olunmuş bir fikrin nəticəsidir.
- Çox gözəl, yoldaş Dadaşlı, m ən bu m əsələni trestdə qaldıraram.
Gelib orada da danışarsan. Əgər mənim rəyimi bilmək istəyirsənsə,
men bu barədə sənin dediklərinə tamamilə şərikəm. Ümidvaram ki,
sənin ideyan tez bir zamanda bütün neftçilər arasında yayılacaq.
Sevincindən Dadaşlının gözləri par-par parıldayırdı:
- Çox sağ olun, yoldaş İsgəndərzadə - deyə o, ayağa qalxdı. - Men
daha ürəyimi boşaltdım. İndi gedim quyulara baş çəkim. Hələlik! - O,
Paşaya əl verdi. - Əgər mənim təklifim keçsə, birinci sizə təşəkkür
eləyəcəyəm .
Paşa ayağa qalxdı. Dadaşlmı gözlərilə ötürüb, Qüdrətə zəng elədi.
“Bu saat gəlirəm” deyib eşiyə çıxdı, yenə də eyni qüvvətlə külək əsir,
onu yeriməyə qoymurdu. Mədənlərin üzərini qatı toz dıımanlan bürü­
müşdü. Qaralan buludlar havanı çulğalamışdı. Her tərəfdə qışm soyuq
nəfəsi duyulurdu.

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   361   362   363   364   365   366   367   368   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin