dan çekməyərək cavab verdi. Tahir Cəmilin qolundan yapışıb özünə tərəf dartdı. - Gedək! Onlar qaranlıqda gözdən itdilər. Tahir boynuna necə qorxulu vəzifə götürdüyünü çox gözəl anla yırdı. O, dəniz buruğuna işıq verən məftilləri oğrun-oğrun da olsa gözdən keçirmiş, onların haradan başlanıb harada qurtardığım, necə əyri-üyrü yollardan keçib-gəldiyini görmüşdü. Kim bilir, bəlkə de xətt haradansa, suyun içində korlanmış v ə o xarab olan yeri nəinki onun kimi naşi bir oğlan, hətta avariya briqadalarının ən təcrübəli baş çıları da tapıb düzəldə bilməyəcəklər? O: - Cəmil, - dedi, - sən bilən haradan korlanmış olar? Cəmil istehza ile cavab verdi: - Elektromontyor sensən, men deyiləm. - M ənə lağ eləm ə, ən çətini oranı tapmaqdır. Gör düzəldərəm, ya yox. Gərək e w e lc e yoxlayaq görək mərkəzdən kəsilməyib ki?.. Ha radan yoxlamağa başlayaq? - O, Cəmildən cavab almamış, pilləkənlə yuxan dırmandı. Tahir ilk dəfə buruğa gələndə usta onu imtahan elə m ək üçün həmin pilləkənlə buruğun qülləsinə çıxarmışdı. Tahir artıq o günü xatırlamırdı. B elə tufanlara sinə gərmiş bir yerdən keçib- getmək indi onu zərrə qədər də qorxutmurdu. O, gedə-gedə Cəmilin səsini eşitdi: - Məftil suyun içində korlanıbsa, heç. Ora düşməyə təhərim yoxdur. Bu soyuqda sətəlcəm olaram. Külək müdhiş bir səslə vıyıldadı. Tahir şapkasını aşağı basdı, qu lağının üstünə endirdi. Fənəri yuxan qaldmb havada yellənən m əftil ləri diqqətlə gözdən keçirdi. - Buralar sağ-salamatdır, - dedi v ə yenə yuxan dırmandı. Cəmil onun dalınca gəlir, o da Tahirin fənərlə işıqlandırdığı nöq tələrə baxırdı. 303