tez yerini dəyişir, Tahir isə yalnız sövq təbii gücünə o biri məftili sürtüb calaşdınrdı. - Tahir, Tahir, - deyə bu anda Qrişa səsləndi. - İzolyator yoxdur, brezent parçası var, ala! - Ondan Özümdə də var. Lazım deyil! - deyə Tahir məftilin o biri ni de calaşdırdı, v ə ucadan səsləndi: - Rubilniki basın görüm!.. Bu anda işıqlar elə bil əvvəlkindən on dəfə qüvvətlə yandı. Cavanlar atılıb-düşdülər və təzə montyorun məharətinə el vurdular. Tahir quyuya tərəf gələndə, onun alnından axan soyuq tər damcı larını görənlər elektrik xəttini nə qədər gərgin bir vəziyyətdə düzəlt 304
diyini anlayıb brezent plaşını çiyninə saldılar. Tahir sustalmış kimi yam üstə uzanıb dincini almağa başladı. - Deyirdim axı. Zənnimdə yanılmamışam, - deyə qoca usta Vasİl- yevə baxıb fəxrlə başını tərpətdi... 9
O günün səhəri si külək birdən-birə zəifləm əyə başlayıb, günorta ya yaxın xırp kəsildi. T .akm dəniz hələ də təlatümdə idi. Axşama yaxın onun da hirsi soyudu. Usta Ramazanın briqadası proekt dərinliyinə çatıb işi dayandırdı. “Çapayev” qayığı bu günün qəzetlərini gətirdi. Hamını tufan günlərin də neft'istehsalı Ve qazıma işlərinin gedişi maraqlandırırdı. Qəzetlərin birinci səhifəsində çap olunmuş v ə neft sahəsində işleməyənlərin nə zərini o qeder de cəlb eləm əyən məlumatı, usta Ramazanla dostları hər bir xəbərdən tez oxudular. İllik planın səviyyəsinə qalxmamış bircə trestdən başqa hamı vuruşdan qalib çıxmışdı. İndi briqadanı düşündürən bir m əsələ idi: yeni buruğu harada qa zacaqlar? Sergey Timofeyeviç Vasilyev əlilə Nargin adasmın bərabərini, bu- ruqdan dörd-beş kilometr uzağı göstərdi: - Ramazan İsgendəro- viç, - dedi, - orada bizim ustalardan kim isə buruq qoyur!