Usta Ramazanın bütün varlığı elə bil diqqətdən yoğrulmuşdu. Fəh lələr də bunugörüb, bir dəqiqə belə öz postlarından ayrılmır, hər bir anın əhəmiyyətini hiss edirdilər. Gözlər bir nöqtəyə dikilmiş, əsəblər ise bərk köklənən sim kimi gərginləşmişdi. Rotorun hərəkətim, dirillometrin əqrəbini Ramazan Özü izləyir, boş təbəqələrə rast gəldikcə, balta üzərinə düşən təzyiqi çoxaldıb, qa zıma sürətini artırırdı. O, yoldaşlarını nahaq yerə həyəcanlandırmamaq üçün zahiri təmkinini hifz edərək, eyni sakit v ə arxayın ədasilə əmrlər verir, yaxşı cərəyan edən gil məhlulundan ovcuna götürüb baxır, qo- xulayırdı. - Çox gözəl, çox gözəl, - deyə sanki yoldaşlarına deyil, hamıdan çox özünə təsəlli verirdi. 301
Birdən ildırım qüvvətilə bunığa çarpılaraq uğuldayan küləklə qa rışıq hamıdan ah-uf səsləri ucaldı. Buruğım işıqlan sönmüş, hər tərəf qaranlığa batmışdı. - Bu nə qalmaqaldır, uşaq deyilsiniz ki? - deyə Ramazan səsləndi. Rotorun hərəkəti yenə kəsilməmişdi, adətən işıq verən elektrik xətti ile, mexanizmləre eneıji verən xətlərin ayn olduğunu çoxdan öy rənmiş Tahir, bir anlığa özünü itirdi və bildiyi bu sadə şeyi unudub, qaranlıqda, gözlərilə usta Ramazanı axtardı. Qoca usta dinmirdi. O, yalnız bir neçə anlıq sükutdan sonra: - Bala, Qrişa, - deyə çağırdı: - tez mənim el fənərimi gətir! Həyəcandan ürəyi bərk-bərk döyünən Tahir isə qocanın sifətini görmür, hələ də Özünə gelə bilmirdi. - Bu da korlanmağa vaxt tapdı. B elə çovğunda briqada gələsi, bunudüzəldəsi... Tahir Heydərdən eşitdiyi bu sözlərdən sonra fikrini topladı. “Mən niyə durmuşam?” deyə öz-özündən soruşdu. Axşamlar Lətifəni evlə