Qüdrət üçün gözlənilm əz bir şey deyildi. İndi onu həyəcana gətirən və beləcə ayaq üstündə dayanıb dinləməyə məcbur edən daha böyük, daha ülvi bir hiss idi: “Balaca uşaqların taleyini bütün xalq düşü nür!” -Q üd rət öz yetimliyini xatırladı, yoxsulluq və ehtiyac içində keçən məşəqqətli heyatını gözləri önündən keçirdi. Atasının, özünün və yoldaşlarının nahaq yerə zəhmət çekmədiyini indi daha böyük bir q ü w etle duyub, həyəcanının çoxluğundan qəhərlənən kimi də oldu. Elə bil o buraya Şirmayı üçün yox, mehz bu həqiqəti bir daha duymaq üçün gəlmişdi. Oğlan uşağı çalıb qurtaranda, salondan qopan alqış səsləri dəniz dəki tufanı xatırladırdı. Sonra səhnədə həmin oğlanı bir qız, qızı da başqa bir oğlan əv əz elədi. Onların hansının daha yaxşı çaldığını söy ləmək çətin idi: hamısı gözəl çalırdı! Xüsusən qızın ağ dillər üzərində sürətlə gəzən barmaqlarında nə qədər fövqəladə bir güc vardı! Konferansye yenə səhnədə göründü. Şirmayının adını çəkdi. Qüdrətin ürəyi qeyri-adi bir həyəcanla çırpındı. İxtiyarsız olaraq bir addım irəli gəldi. - Royalda Şopenin etüdü! - deyə konferansye qadın əlavə edib səhnədən çəkildi. Bu demdə yeni açılmış çəhrayı gülü xatırladan Şirmayı səhnəyə çıxdı, O g ə lə -g ə lə gəzlərilə kimi isə axtarırdı. Qüdrət də onun baxdı ğı səmtə gözünü zillədi. Lalə ilk cərgədə Sədəflə yanaşı oturmuşdu. Yanlanrtda boş kürsü vardı: “Mənim üçün saxlayıblar” - deyə Qüdrət gec gəldiyinə təəssüf elədi. Qızının kimi axtardığım o indi yaxşı bilir di: “Men buradayam qızım!” deyə ucadan seslənmok istəyirdi. Şirmayı royala yanaşdı. Kresloya oturdu. Onun ayaqlan yerə çat mırdı. Qüdrətin yeni aldığı qısa dabanlı tuflini geymişdi. Onun bar- maqlan dillər üzərində gəzm əyə başlayanda, salon yenə sükuta daldı.