rinə ötürəndə, ehtiyac hiss edib aldığı cib fənəri yadına düşdü, O, ə llə rini qabağa san uzadaraq, yavaş və ehtiyatlı addımlarla, həmişə sazını asdığı dirəyə yanaşdı, brezent plaşının cibindən fənəri çıxanb yandırdı. - Usta, - dedi, - izin ver axtarım, xarab olmuş yeri tapım. O, “tapım v ə düzəldim” demək istəyirdi, ancaq bu kəlmələri dili nə gətirməkdən qorxdu. Çünki bir həftə bundan əvvəl elektromont- yoriar dəməyinin m əşğələsindən ümumi yaşayış evinə gələndə, öz bi liyini təcrübədə sınamaq üçün dəhlizə qoyulmuş hesablayıcı maşını qurdalarkan, kontakt eləyib, az qala yanğın törətmişdi. Bunu görən yoldaşları hər yandan qışqıraraq: - Tahir, dəlləkliyi bizim başımızda öyrənmə, - deyib, ucadan qaq qıltı ilə gülüşmüşdülər. O, indi de bu vəziyyətə düşməmək üçün əvvəldən ustaya vəd vermədi, fənərinin dairəvi işığını onun üzərində dayandıraraq, cavab gözlədi. Usta Ramazan isə dinmirdi. Onun bütün diqqəti quyuda idi. Qrişa ə l fənərini gətirib ona verəndə də, o, Tahirə baxmadı, deyəsən şagirdinin necə səbirsizliklə gözlədiyini hiss etmirdi. Qoca usta zahirdə çox sakit idisə də, ürəyindən qara qanlar gedir di. B elə qorxulu anlarda kiçik qəzalardan başlamış, ən böyük fəlakət lərə qədər hər şey ola bilərdi. O, təbiətin kor qüvvələrilə vuruşmada rast gəldiyi çətinlikləri, bəzən də baş verən qəza nəticəsində iki-üç 302
aylıq əməyinin puça çıxdığını unutmamışdı. İndi də sadəcə bir səhv nəticəsində belə bir hal yenə təkrar oluna bilərdi. Odur ki, qoca hamı dan dəmir bir intizam tələb edir, hər şeyi yüz dəfə ölçəndən sonra bir dəfə biçirdi. Tahir, səbri tükənmiş kimi, birdən soruşdu. - Axtanmmı, usta? - Tək yox, bala, uşaqlarla axtar, - deyə Ramazan gözlərini quyu