udquna dinləyirdi. Sergey Timofeyeviç briqada üzvlərinin “Çapayev” qayığına tərəf getdiklərini görüb, brezent plaşını qoltuğuna vurdu v e kənarda qurda lanan Hey derə döndü: - Oğlum, - dedi, - camaata xəbər vermisənmi? Heydərin başı sinəsinə endi. O, utana-utana dilləndi: - Xeyr, Sergey Timofeyeviç, özünüz xəbər verin. - Nəyi? - deyə usta Ramazan təəccüblə soruşdu. Vasilyev bütün briqadaya üz tutdu: - Bu gün hamınızı Heydərin toyuna dəvət edirəm! Şərtimiz bu idi ki, quyunu qazıb qurtaran günü olsun. Saat onda buyurun, gəlin. Lətifə də sözə qarışdı: - Kimi alır, kimi alır? - Bilmirsən? - deyə Tahir qıza baxıb hiyləgərcəsinə gülümsədi. - Seygey Timofeyeviçlə qohum olur da. Hamı yorğunluğunu unudub, sevinclə Heydərə baxırdı. Ramazan isə mənalı-mənalı dostlarım süzərək deyirdi: - Seygey Timofeyeviç köhnə dünyadan hayıf alır, uşaqlar. Bizim dostluğumuz qohumluğa keçir. “Çapayev”in motoru guruldadı. Hamı sürətlə qayığa doluşdu. O, hərəkətə gələndə Tahir sazını çı xardı və köhnə bir aşıq mahnısı oxudu: Görüm, ay bəy, toyun mübarək olsun, Sağdışına, solduşuna borc olsun! Bütün briqadanın gözü Heydərə zillənmişdi. Yalnız Tahirlə, Lətifə bir-birinə baxırdı... 306
On gün sonra, Lalə öz kabinetində oturub dünənki işlərin yekunu na dair məlumat cədvəlini gözdən keçirəndə, eşikdə qarmonda çalınan oyun havasım eşidib, ayağa qalxdı v ə pəncərəyə yanaşdı. Trestin hə yətində böyük bir dəstə durub, ortada oynayan adama ə l çalırdı. - Bu nədir, günün günorta çağı n ə konsertdir? - deyə Lalə, içəri girən baş mühəndisdən soruşdu. - Aparmağa gəliblər? - N ə y i? - Axı onlar yarışda qalib çıxdılar!