Doğrudan da, briqada üzvləri dənizdə ucalan təzə vışkanı görüb təəccüblə baxdılar. - Olmazmı biz təzə buruğu ondan da bir az irəlidə qoyaq, hə? Ramazan başını buladı: - Yox, Sergey Timofeyeviç, neftçinin hünəri təkcə dəniz üstündən getdiyi yolun uzunluğu ilə yox, bir də qazdığı quyunun dərinliyi ilə öl çülür. M ən hələlik buradan başqa yerə köçmək fikrində deyiləm. Ustanın müavini qoca dostunun fikrim əvvəlcə başa düşmədi. - Axı biz burada işimizi qurtarmışıq. Yeni buruq qazacağıq, ya yox? Usta Ramazan bu barədə çoxdan düşünmüşdü: - Əlbəttə qazacağıq. Amma, bax, burda! - O, şəhadət barmağını aşağıya tərəf şaquli tutaraq, öz quyularının özülünü gösterdi: — Semyom Vladimirovİç Volkovu tamyırsanmı? - Bəli, tanıyıram. Maili qazıma üsulunu icad eləyəni demirsinizmi? - Bəli, onu deyirəm. Bax, bax, bu günkü qəzetdə yazıblar ki, o bu- ruğunu qurtarıb, işə buraxıb. Dem əli, o, evlərin altındah neft çıxarır. 305 ( 2 V
Biz de onun üsulilə bax burada bir yox, üç-dörd buruq qazacağıq. Usta Volkov maili qazıma üsulunu tapmışsa, mən də kütdə üsulunu tapmı şam. Deməli, biz bu qurğunun üstündə üç-dörd quyu qazacağıq, hərə si də ayn-ayn yerlərdən neft verəcək. Başa düşdün? Ustaların söhbətini dinləyən Cəmil də sözə qanşdı: - Elə isə, biz sabahda-biri gündə tezə quyunu başlaya bilerik. Daha ondan ayrı vışka qurulmağını gözləm əyə ehtiyac qalmır - Elədir ki, var oğlum. Volkov dağm kəlləsində oturub şəhərin al tından neft çıxaranda, biz də burada oturub Narginin neftini niyə çekə bilmirik? Bu gün bu mümkün olmasa da, sabah olacaq, ya yox? Tahir dinmirdisə də, bu söhbəti hədsiz maraq içində, udquna