Hamımız! - deyə pəncərə qabağında durmuş gödək və şişman
oğlan cavab verdi: - Hamımız, deyə hər tərəfdən səslər ucaldı. - M ən hazır! Bunu eşidəndə Qüdrət öz adi təbəssümü ilə gülümsədi, yenə “Çapayev” deyə xəyalından keçirdi: - Ele isə de görüm necə hazırlaş mısan? - Necə?.. Uzun bir kəndir hazırlamışam. - O nə üçündür? Kapitan da gülümsədi. - Ya gərək usta Ramazana yem ək aparam, ya da özümü kəndir dən asam. 280
Qüdrət sir-sifətini turşutdu: - Bu zarafatın heç yeri deyil! - Mən zarafat eləmirəm, yoldaş İsmayılzadə. Kəndiri ondan ötrü aparıram ki, lodkam buruqdan uzaqda saxlayıb, şeyləri bir-bir onun ucuna bağlayım, buruğa atım, suya düşəndə də batıb hayıf olmasın. Uşaqlıqda sapand atardıq ha... bax, o cür atmaq istəyirəm. Bir uzun kəndir də aparacağam ki, lodkam buruğa bənd eləyim, hər dəfə dalğa vuranda yarım vcrst uzaqlaşmayım. Qüdrət sevindi: “Bax, bu gedəcək!” - Sİz necə, hazırsınızmı? - deyə İsmayılzadə o biri kapitanlara müraciət elədi. Kim öz bacarığına inanmırsa, indidən desin. Bu dəfə onların heç birindən səs çıxmadı. - Ən çətini, əlbəttə ki yüz əlli beşinci buruqdur. Açıq dənizdə ən azı iki kilometr yol gedilməlidir. O biriləri asandır. Bir felakot üz ve rərsə də üzüb çıxıııaq olar. İki nəfəriniz lodkam hazır saxlayıb gözdə- qulaqda olsun, qalan üç qayığın hərəsi bır buruğa yola düşsün. Beş dəqiqə belə çəkməmişdi ki, Qüdrətin dediyi k im idə oldu. Yük maşınından yem əyi düşürdüb Bədirlinin göstərişi ile qayıqlar arasında bölüşdürdülər və hir-birinin dalınca üç qayıq dənizə çıxdı. Hamıdan qabaqda “Çapayev” gedirdi. Qüdrət körpüdə dayanıb həyəcan içində baxır, küləyin şiddətli