İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə65/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 100 ____________________________ 
Ronald Rivest 
Adi Şamir 
Л. M. Адлеман
Ronald Linn Rivest (ingiliscə Ronald Linn Rivest: 1947-
ci ildə Skenektadi ştatının Hyu-York şəhərində anadan 
olmuşdur) kriptoqrafiya sahəsində amerika mütəxəssisidir. 
“Elektrotexnika və kompüter elmləri” fakultəsinin “Kompüter 
elmləri sahəsində Endri və Ernı Viterbi adına layiq görülmüş 
professor”udur. “Hesablama nəzəriyyəsi” laboratoriyasının 
üzvü və “Kritoqrafiya və informasiya təhlükəsizliyi” qrupunun 
lideridir.
Adi Şamir (6 iyul 1952-ci ildə Tel-Aviv şəhərində 
anadan olmuşdur) məşhur İsrail kriptotəhlilçisi, hesablama 
sistemləri nəzəriyyəsi sahəsində alim, Veysman adına 
institutda “İnformatika və tətbiqi riyaziyyat” sahəsində 
professor, Alan Türinq adına mükafatın laureatı.
Leonard Maks Adleman (ingiliscə Leonard Adleman-
Eydelmen: 31 dekabr 1945-ci ildə anadan olmuşdur) 
kompüter elmləri sahəsində amerika alimi-nəzəriyyəçisi
Cənubi Kaliforniya Universitetinin kompüter elmləri və 
molekulyar biologiya üzrə professoru. RSA şifrələmə 
sisteminin və DNK-hesablamanın həmmüəllifidir.


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 101 ____________________________ 
AÇIQLAMA
: RSA (Rivest, Shamir və Adleman 
soyadlarının abbreviaturasıdır) - böyük tam ədədlərin 
faktorlaşdırılması məsələlərinin çətinliklə hesablanmasına 
əsaslanan açıq açarlı kriptoqrafik alqoritmdir. RSA şifrələmə 
və rəqəmsal yazılar üçün ilk kriptosistemidir. Alqoritm böyük 
sayda kriptoəlavələrdə istifadə olunur. 1976-cı ilin noyabr 
ayında Uitfild Diffi və Martin Hellman tərəfindən çap edilmiş 
“Kriptoqrafiyada yeni istiqamət” məqaləsi kriptoqrafik 
sistemlər barədə təsəvvürü alt-üst etdi və nəticədə yeni 
istiqamətin – açıq açarlı kriptoqrafiyanın əsası qoyuldu. 
Sonralar işlənib təkmilləşdirilmiş Diffi-Hellman alqoritmi 
müdafiə olunmayan kanaldan istifadə edən hər iki tərəfə 
ümumi gizli açar əldə etməyə imkan verdi. Amma yaradılmış 
yeni alqoritm autentifukasiya problemini həll edə bilmədi. 
Çap olunmuş məqaləni dərindən təhlil edən Massasuçest 
Texnologiya İnstitutunun alimləri Ronald Rivest, Adi Şamir 
və Leonard Maks Adleman belə nəticəyə gəldilər ki, U.Diffi 
və M.Hellman tərəfindən təklif olunan açıq açarlı kriptoqrafik 
sistemi araşdırmaq üçün mütləq riyazi funksiya tapılmalıdır. 
40 yaxın variant araşdırıldıqdan sonra alimlər belə qərara 
gəldilər ki, araşdırma nəticəsində alınmış funksiyanı RSA 
adlandırsınlar. 
1977-ci ildə “Scientific American” jurnalında Ronald 
Rivestin icazəsi ilə kriptosistemi aydınlaşdıran ilk məqalə çap 
edilir. Oxuculara şifrələnmiş alqoritmə malik olan, aşağıda 
verilmiş rəqəmlər çoxluğundan istifadə etməklə ingilis dilində 
olan bir cümlənin şifrəsini açmaq təklif olunur. 
9686 1477 8829 7431 
0816 3569 8962 1829 
9613 1409 0575 9874 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin