İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 103 ____________________________
ELEKTRON RƏQƏMSAL İMZA
Qeyd edildi ki, çoxlu sayda açıq açarlı
şifrələmə
alqoritmləri bir-birini əvəz edə biləcək açarlar cütlüyü ilə
işləyirlər, yəni bu açarlardan birinin şifrələdiyi mətni digər açar
deşifrə etməyə imkan verəcəkdir.
Konfidensiallıq məqsədi ilə mətn məlumatı qəbul edənin
açıq açarı ilə şifrələnir.
Məlumatın informasiyanı göndərənin baqlı (gizli)
açarla
şifrələndiyi halı nəzərdən keçirək. Bu halda həmin mətni kim
istəsə şifrədən azad edə bilər, çünki bu halda açıq açar hamıya
əlçatandır. Digər tərəfdən məlumatı alan əmin ola bilər ki,
məlumatın həqiqi müəllifi məlumatı göndərəndir, yəni bağlı
açarın sahibidir, çünki başqa bir şəxs bağlı açarı
yarada
bilməzdi.
Beləliklə, məlumatın həqiqiliyi (autentikliyi) yaranır.
Hüquqi baxımdan məlumatın müəllifi ondan imtina edə bilməz
(apellyasiya verə bilməz).
Bu ideya
elektron rəqəmsal imza konsepsiyasının
yaranmasına səbəb oldu.
Dostları ilə paylaş: