İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 113 ____________________________
Pos terminal
Elektron rəqəmsal imza əllə çəkilən imzanın elektron
ekvivalentidir. Elektron rəqəmsal imza nəinki informasiya
göndərənin əsilliyinin müəyyən olunmasına, həm də məlumatın
tamlığının qorunmasına xidmət edir.
İnformasiya göndərənin əsilliyinin müəyyən olunması
üçün, elektron rəqəmsal imzadan istifadə zamanı bağlı və açıq
açarlar tətbiq olunur. Proses asimmetrik şifrələnməyə oxşayır,
amma bu halda bağlı açar şifrələmək üçün, açıq açar isə şifrəni
açmaq üçün istifadə olunur.
Elektron rəqəmsal imzanın
tətbiq olunma alqoritmi bir
sıra əməliyyatlardan ibarətdir.
İki qoşa açar yaradılır:
1.Açıq və bağlı;
2.Açıq açar bu işdə maraqlı olan tərəfə (sənədi qəbul
edən, imzalanmış tərəf) ötürülür;
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 114 ____________________________
3.Göndərən informasiyanı bağlı açarın köməyilə şifrələyir
və onu əlaqə kanalı vasitəsilə qəbul edənə ötürür;
4.Qəbul edən göndərilən informasiyanı açıq açarın
köməyilə şifrədən azad edir.
Açıq açarla şifrələnmiş informasiyanın yalnız bağlı açarın
köməyilə açılması elektron rəqəmsal imzanın məğzidir.
Nəzərə almaq lazımdır ki, elektron rəqəmsal imzaların
əsasını xeş-funksiya təşkil edir.
Xeş-funksiya - yəni (H) funksiya məlumatın girişində (M)
ixtiyari uzunluğu qəbul edir, amma çıxışda isə H(M) fiksə
olunmuş uzunluğa malik qiymət alır. Bu M məlumatın
xeşi və
ya
profili adlanır.
AÇIQLAMA:
Hashing (bəzən Xeşləmə də adlandırılır)
ixtiyarı uzunluğa malik olan giriş verilənlər massivinin
müəyyən alqoritm ilə qeyd edilmiş uzunluqlu çıxış bitlər
sətrinə çevrilməsidir. Belə çevrilməni həmçinin Xeş – funksiya
və ya bağlama funksiyası da adlandırırlar. Funksiyanın
nəticəsini Xeş, Xeş-kod, Xeş-cəm və ya əlaqə məlumatı
(ingiliscə message digest) adlandırırlar. Müxtəlif xüsusiyyətə
malik xeş alqoritmləri mövcuddur. 1953-cü ildə Donald Ervin
Knut ilk dəfə sistem xeşləmə ideyasını təklif edir və bundan
istifadəni IBM əməkdaşlarına məsləhət bilir. Sonrakı illərdə bu
ideya ilə digər alimlər də məşğul olur və bu sahəyə öz
tövhələrini verirlər.
|