İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 118 ____________________________
AÇIQLAMA
:
İdentifikasiya
(latınca
identifico)
eyniləşdirmək, oxşatmaq deməkdir. Kriminal aləmdə həbs
olunmuş şəxsin şəxsiyyətinin (və ya obyektin) söylənənlər ilə
eyniləşdirilməsi prosesidir (Məsələn, şəxsin imzasının, əlinin
izinin, səsinin yoxlanması). İdentifikasıya
psixologiya və
sosialogiya elmində də istifadə olunur. Bu sahədə
identifikasıya şəxsin digər şəxs ilə emosional baxımdan
oxşarlığının yoxlanması ilə həyata keçirilir. İdentifikasiyadan
texnika aləmində, kimyada və s.
sahələrdə də istifadə
olunur.
Biznes lüğətində identifikasıyanın aşağıdakı açıqlanması
verilir:
-Fiziki şəxsin məhkəmə prosesində oxşarlığının sübut
edilməsi prosesidir;
-Obyektin bəzi etalonlar
ilə müqayisə edilməsi
prosesidir;
-Şəxsin imzası və digər atributları ilə şəxsiyyətinin
sübut olunması prosesidir.
İndiki zamanda identifikasiyadan müxtəlif sahələrdə
geniş istifadə edilir.
Autentifikasiya protokolu informasiyanı, ozünü başqasının
(başqa istifadəçinin) yerinə təqdim
edən potensial pisniyyətli
şəxsdən qorumalıdır.
Autentifikasiya protokolunu üç sinifə bölürlər:
1.Nəyi isə mənimsəməklə. Ən çox yayılmış variant parolu
öyrənməkdir.
2.Nəyəsə malik olmaqla (Məsələn, maqnit kartları, smart-
kartlar və s.).
3.Dəyişməz xarakteristikalara görə (səs, gözün toru,
barmaqların izləri).