İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə77/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 119 ____________________________ 
Cari kateqoriyada kriptoqrafik üsullardan istifadə olunmur.
Autentifikasiya 
protokolu 
təhlükəsizliyin 
təmini 
səviyyəsində aşağıdakı kimi təsnif olunur: 
1.
Sadə 
autentifikasiya 
(parola 
əsaslanmaqla). 
Autentifikasiyanın ən sadə variantı ondan ibarətdir ki, sistem 
parolu açıq şəkildə, xüsusi fayl formasında yaddaşda saxlayır 
və istifadəçi sistemə daxil olanda sistem istifadəçiyə məxsus 
olan parol ilə yaddaşda saxlanılan parolu müqayisə edə bilir. 
Təhlükəsizlik baxımından belə yanaşma çox zəifdir, çünki parol 
ilə olan faylı bədniyyətli şəxs oğurlaya bilər. Odur ki, bunun 
qarşısını almaq üçün xüsusi faylda ancaq xeş parolu saxlamaq 
lazımdır. Belə olan halda istifadəçi ona məxsus olan faylı daxil 
etdikdə, sistem onun xeş parolunu hesablayır və yaddaşdakı 
fayl ilə müqayisə edir. Əgər düşmən (pisniyyətli şəxs) faylı 
oğurlamışsa, onda həmin faylda olan xeş əsl faylı bərpa etmək 
üçün kifayət etməyəcəkdir, nəticədə düşmənin cəhdi heçə 
enəcəkdir.
2.
Ciddi 
autentifikasiya 
(kriptoqrafik 
üsullara 
əsaslanmaqla). Autentifikasiyanın bu variantı ondan ibarətdir 
ki, istifadəçi bəzi bağlı açarları onların sahib olduqları əlamətə 
görə identifikasiya edir, amma açarın özü isə protokolun həyata 
keçirilməsi zamanı açılmır (gizli saxlanılır). 
3.”Sıfır” 
səviyyəsində 
(daha 
doğrusu 
başlanğıc 
vəziyyətində) protokolların həqiqiliyini istifadəçilərə subut 
etməklə onlar barədə məlumatlar elan olunur. 
Yazılanları nümunələrdə araşdıraq. 
Təsadüfi ədədlər əsaslanan ciddi birtərəfli autentifikasiya. 
Hər iki tərəf onlara məlum olan K açarına ortaqdırlar və 
əməliyyatı həyata keçirmək üçün şifrələmənin simmetrik 
alqoritmini seçiblər. 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin