İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 109 ____________________________
olduğunu dəqiq göstərir, sənədi imzalayanın sənəddə qeyd
olunmuş məlumatla razı olması haqqında şəhadət verir,
göndərənin başqa sənədi deyil, məhz göndərdiyi sənədi
imzaladığını təsdiq edir, sənədin ilkin mətninin sonrakı
dəyişiklik və təhriflərdən mühafizəsinə zəmanət verir.
Real elektron imza sistemlərinin fəaliyyəti hüquqi, təşkilati
və proqram-texniki təminat tələb edir. Hüquqi təminatda
elektron imzaya hüquqi qüvvə verən hüquqi aktların qəbul
edilməsi aiddir. Təşkilati təminat istifadəçilərin müəyyən
sertifikasiya
mərkəzlərində
qeydiyyatını,
istifadəçi
və
sertifikasiya mərkəzi arasında bir-birinə verilmiş açıq açarlara
görə cavabdehlik haqqında sənədlərin rəsmiləşdirilməsini əhatə
edir.
Proqram-texniki
təminata
elektron
imzanın
formalaşdırılmasını, yoxlanmasını, açarların generasiyasını və
saxlanmasını, işlənmiş sənədləri və onların imzalarını saxlayan
verilənlər bazasının saxlanmasını və s. təmin edən bütün
proqram və aparat vasitələri daxildir.
Plastik kart
bankomat və
POS terminalları üçün əsas
informasiya daşıyıcısı olduğu üçün həmişə saxtakarların,
oğruların diqqət mərkəzindədir. Ona görə belə kartları
buraxmazdan
öncə
təhlükəsizlik
məsələləri
dərindən
işlənilməlidir.
AÇIQLAMA :
Bankomat ingiliscə Automated teller
machine sözündən yaranmadır, bəzən ATM, bəzən də
bank
avtomatı kimi oxunur. Bankomat proqram-texniki komnleks
olub ödəmə kartından istifadə etməklə nağd pulun
avtomatlaşdırılmış şəklildə alınması və verilməsi üçün istifadə
edilir. Bununla yanaşı bankomatdan istifadə etməklə (ödəmə
kartı ilə və ya onsuz) digər əməliyyatları da (məhsulun
dəyərinin ödənilməsi, xidmətlərə görə pulun ödənilməsi,