İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 106 ____________________________
xronometrajı və başqa biometrik amillər), həmçinin əsasında
müxtəlif
smart-kartların və digər aparat açarlarının istifadəsi
dayanan texnologiyalar aid edilir. Sadalanan bütün
texnologiyalar (smart-kartlar istina olmaqla) - şəxsiyyəti
identifikasiya etmə texnologiyalarıdır.
AÇIQLAMA :
Daxilinə çip quraşdırılmış avtomatlardırılmış
kart alman mühəndisi Helmut Qrettrup və onun həmkarı
Yurgen Deslof tərəfindən 1968-ci ildə icad olunmuşdur. Karta
patent isə1982-ci ildə verilmişdir. Kartlarin ilk kütləvi istifadəsi
1983-cü ildə Fransada, telefon danışıqları pulunun ödənilməsi
üçün istifadə edilir. Fransız ixtiraçısı Ronald Morono 1974-cü
ildə yaddaş kartına patent alır. 1977-ci ildə isə Bull şirkətinin
əməkdaşı Mişel Uqon ilk dəfə olaraq daxilinə mikroprosessor
yerləşdirilmiş smatr-kartı ixtira edir. 1978-ci ildə M.Uqon
özüproqramlanan
birçipli
mikrokompüterə
(СПОМ -
самопрограммируемый одночипный микрокомпьютер)
patent alır. Üç il sonra edilmiş ixtiraya əsaslanaraq qurulmuş
CP8 çipi Motorola şirkəti tərəfindən istehsal olunur. Bu
ərəfədə
Honeywell
Bull
şirkəti
smart-kartla
bağlı
mikroprosessorlara 1200-ə yaxın patentə sahib olur. Şirkət
sonrakı illərdə şirkəti ilə əməkdaşlığa başlayır və yeni
quruluşa malik smart-kartların istehsalını yerinə yetirir. Debet
kartlı texnologiyanın kütləvi istehsalı 1992-ci ildə tamamlanır.
Debet kartlı texnologiya istifadəyə çox asan idi, kart sahibi
kartı terminala daxil etdikdən sonra ona məxsus PIN-kodu
yığır və lazım olan əməliyyatı yerinə yetirirdi.
Smart-kart texnologiyasına əsaslanan elektron pul
sistemi 1990-cı illərin ortasına kimi Avropada geniş istifadə
edilir. Bununla yanaşı smart-kartdan Almaniyada (Geldkarte),
Avstriyada (Quick), Belçikada (Proton), Fransada (Moneo),