MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 162 ____________________________
sifarişçi bölmələrin büdcələrindən formalaşır. Yəni sifarişçi öz
büdcəsindən podratçıya vəsait verir.
Üçüncüsü, informasiya
sistemləri xidməti ilə sifarişçi bölmələr arasındakı münasibətlər
formal müqavilələrlə tənzimlənir.
2.
İnformasiya sistemləri xidmətinin son məhsulu
informasiya texnologiyalari servisidir. İnformasiya
sistemləri xidməti ilə digər bölmələr arasındakı həm bazar,
həm də kvazibazar münasibətləri informasiya sistemləri
xidmətinin son məhsulu üçün spesifikasiya tələb edir.
ITIL/ITSM modelində son məhsul dedikdə, informasiya
texnologiyalari
servisi
nəzərdə
tutulur.
İnformasiya
texnologiyalari, mahiyyətcə, verilənlərin, informasiyanın və
biliklərin emalı vasitəsidir. Bu emalın nəticəsi isə yalnız
informasiya servisi, yəni informasiya texnologiyalari servisi ola
bilər.
İnformasiya
texnologiyalarinın
bütün
digər
komponentləri: informasiya sistemlərinin özü, informasiya
texnologiyalari infrastrukturu, verilənlərin ötürülməsi kanalları
və s. isə yalnız bu son məhsulu (servisi) almaq üçün lazım olan
resurslardır.
3.
ITIL/ ITSM informasiya sistemləri xidməti
proseslərini təsvir edir. İnformasiya sistemləri xidmətinin
funksiyaları və təşkili olduqca fərqlidir. Bu fərq həm müxtəlif
sahələr üzrə, həm də müxtəlif ölçülü müəssisələr üzrə nəzərə
çarpacaq dərəcədə böyükdür. Buna görə də informasiya
sistemləri xidmətinin təşkilati strukturu üçün vahid model
qurmaq mümkün deyildir. Halbuki, sahəvi aidiyyətdən və
müəssisənin ölçüsündən asılı olmayaraq informasiya sistemləri
xidmətlərindəki məqsədlər toplusu olduqca oxşardır. Buna görə
də proses modeli daha universaldır. Rollu yanaşma bir işçinin
bir-neçə rolda çıxış etməsinə imkan verdiyindən, proses modeli
informasiya sistemləri xidmətlərinin sayından asılı deyildir.